REAL-da nə baş verir?

  1. 2013- cü ildə cəmi 30 nəfər üzvü olan ReAl hərəkatı 8 gün ərzində 42 min imza yığa bilib, amma 2018-ci ildə Real partiyası 40 min imzanı 4 aya yığa bildi;
  2. İlqar Məmmədov həbsxanada olduğu illərdə Real hərəkatına (partiyasına) vətəndaş cəmiyyəti hər cür dəstək verib, amma İlqar Məmmədov həbsdən çıxdıqdan sonra bu dəstək kəsilib ;
  3. İlqar Məmmədov həbsdən çıxdıqdan sonra partiyanın bütün resursları onun sərəncamına keçib, funksionerlər, partiyanın rəhbərliyinə daxil olan başqa şəxslər bu resurslarla bilavasitə işləmək imkanından məhrum ediliblər, ya da kənarlaşıblar ;
  4. İlqar Məmmədovun təşkilat qurma ideyası Real-ı yalnız seçkidən- seçkiyə qabaranŞ sonra isə buraxılan partiya modelinə əsaslanır. Seçkilərarası dövrdə partiyanın strukturları faktiki olaraq, buraxılır ;
  5. İlqar Məmmədova hakimiyyətin mətbəxindən ya informasiyalar, ya da dezinformasiyalar ötürülür və bunlar Realın idarə edilməsində ilk növbədə nəzərə alınır ;
  6. İlqar Məmmədov partiyanın «çevik idarəetməsi» adı altında yalnız sədrin fitvaları ilə işləyən, avtoritar və məhdud bir struktur yaratmaq niyyətindədir ;
  7. Seçki ilə nəfəs aldığını deyən, « yalnız seçkilər » iddiası ilə danışan partiyanın seçki qərargahı yoxdur ;
  8. Realın keçmiş üzvləri partiyanın rəhbər strukturlarında hansısa formada qalırlar, hətta səsvermədə də iştirak edirlər (məsələn, Rəsul Cəfərov və Xaliq Bağırov).”

Emil Cəfərov (FB statusu)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button