ReAl-ın təmsilçisi namizədlər siyahısına salınmadı

Gözləri yolda qaldı...

ReAl Partiyasının Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizədliyini irəli sürdüyü Mətin Rəhimlinin adı Milli Məclisin “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi” haqqında qərar layihəsində yer almayıb.
Bu barədə APA məlumat yayıb.
Bildirilir ki, qərar layihəsi Milli Məclisin aprelin 27-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Qərar layihəsinə parlamentdə azlıqda olan partiyalardan Demokratik Maarifçilik Partiyasının namizədi İlkin Şahbazovun adı daxil edilib.
İlkin Şahbazov hazırda MSK üzvüdür.
Beləliklə, qərar layihəsinə əsasən, parlamentdəki azlığın MSK üzvlüyünə namizədləri aşağıdakılardır:
 
– Böyük Quruluş Partiyası (BQP) – Bəxşeyiş Əsgərov
– Ana Vətən Partiyası (AVP) – Etibar Quliyev
– Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) – Mikayıl Rəhimli
– Vətəndaş Həmrəyliyi Partiyası (VHP) – Almas Qəhrəmanlı
– Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) (Vətəndaş Birliyi Partiyası ilə razılaşdırılıb) – Tofiq Həsənov
– Demokratik Maarifçilik Partiyası – İlkin Şahbazov
– Parlamentdəki azlığın MSK-da əvəzedici üzvlüyə namizədi isə Niyaməddin Orduxandır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button