Rubrikalar: GÜNDƏM XuralTAC

REALa açıq məktub

REAL Partiyası Məclisinin keçmiş başqanı Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı partiyaya və partiya sədri İlqar Məmmədova məktub ünvanlayıb:

“Reala ilk dəfə 2013-cü ilin prezident seçkiləri ərəfəsində gəlmişəm. Seçkilərə hazırlıqla bağlı Real-ın sıravi üzvlərini yığıb İlqar Məmmədovun seçki qərargahının işinə cəlb etməli idim. Mənə 200 nəfərlik siyahı verildi. Bu siyahıdakı insanlarla bir-bir əlaqə saxlayıb seçki qərargahına dəvət etdim. Lakin o siyahının bir qismi jurnalist, bir hissəsi isə digər partiyanın üzvləri və ya Reala aidiyyatı olmayan insanlar idi. Realdakı sorğu-sualdan sonra məlum oldu ki, bu siyahı Realın 2011-ci ildə “Cumhuriyyət Forumu”na gələn qonaqların siyahısı imiş. Real-ın isə üzvlərinin siyahısı yox idi. Həmin o 200 nəfərdən təqribən 30-a yaxın insan həqiqətən Real Hərəkatının üzvü çıxdı.
O zamanlar Real Hərəkatının cəmiyyətdəki reputasiyası “intellektualların klubu” çərçivəsindən kənara çıxa bilmirdi. Çünki ağıllı və savadlı adamlar bir İdarə Heyətinə toplaşmışdılar və onların cəmiyyətdəki rolu yalnız bəyanatlar vermək, hadisələrə münasibət bildirmək formatından kənara çıxa bilmirdi. Ən önəmli məqam həmin İdarə Heyəti heç bir siyasi məsuliyyət daşımırdı və heç kimin qarşısında da hesabatlılığı yox idi. İdarə Heyətinə yeni üzvləri elə İdarə Heyəti özü seçirdi.
Lakin 2013 və 2015-ci illərin seçkiləri, bu arada İlqar bəyin həbsdə dirəniş göstərməsi və Real-a kənarda simpatiyası olanların mesajları siyasi partiyanın qurulmasını labüdləşdirirdi. Partiyalaşma prosesi heç də asan keçmədi, çox keşməkeşli oldu.

Daxildəki çəkişmələr artıq vəziyyəti o yerə gətirmişdi ki, partiyalaşmanı çox vacib hesab edən və bütün enerjisini bu işə yönəldən Azər Qasımlı belə bu prosesdən uzaqlaşmaq istəyirdi. Bir səhər mənə İlqar bəyə yazdığı məktubu oxudu. Mənim fikrimi soruşanda mən ona cavab verə bilmədim. Çünki gözlərim dolmuşdu, qəhərdən boğulurdum. Mən Azərə heç nə deyə bilmədim. O, məktubu oxuduqca gözümün önündə həbsxanada hər şeydən məhrum edilmiş İlqarı görürdüm. Azərin partiyalaşma prosesindən çəkilməsinin onun üçün zərbə olacağını düşünürdüm. Bu emosional vəziyyətim Azərə pis təsir etdi. O məktub həbsxanaya yox, zibil qutusuna getdi.
İlqar bəy, mən sizi çox istəyirdim və sizə böyük simpatiyam vardı. Həbsxanadan səmimi görünməyiniz, partiyalaşma ilə bağlı mesajlarınız məni inandırmışdı ki, siz siyasi partiyanın lideri olmaq istəyirsiniz. Lakin sizin son statusunuzun üçüncü abzası (“əvvəlcə buna qarşı çıxmışdım və deyirdim ki, hələ vaxtı deyil. Lakin müəyyən təkidlərdən sonra partiya formatına keçid etmək istəyən yoldaşlara “kart-blanş” verdim ki, nə istəyirsiniz, onu da edin”) məni xəyal qırıqlığına uğratdı…
Lakin Real-da bu günə qədər nə zəhmətim keçibsə, heç birinə heyfsilənmirəm. Çünki nə etmişəmsə inanaraq etmişəm və ürəkdən etmişəm.

İlqar bəy, əgər xatırlayırsınızsa, bir dəfə söhbətimiz əsnasında demişdim ki, istər seçki olsun, istərsə də digər siyasi addımlar, ən birinci görməli olduğunuz iş insanları inandırmaqdır. Təəssüf ki, addımlarınızla bütün inamı və güvəni dağıtdınız. Gördüyüm budur ki, islahat adı altında görmək istədiyiniz iş partiyanı sıfırlamaq və yenidən həbsdən əvvəlki kluba çevirməkdir.

Dostlar, mən həm də ona görə gedirəm ki, İlqar bəy qaydasız oynayır. Açıq oynamır. Sədrin xarakterindəki tərslik əgər sabah ona “mən öz partiyamı yaradıram” fikrini diktə etsə, heç təəcüblənmərəm. Bu yolun sonu istəsək də, istəməsək də ayrılıq olacaqdı. Bəri başdan, yəni enerjimizi xərcləmədən ayrılaq…
Bir məsələyə də toxunmaq istəyirəm. Çox təəssüf ki, bu gün “facebook”-də qarşılaşdığım açıqlamalarda, yaxud reaksiyalarda partiyadaxili “islahatların” heç kim mahiyyətinə varmır, struktur dəyişikliyinin mahiyyətini müzakirə etmir, əksinə hamı deyir ki: “oturun gözləyin, partiyanın strukturları buraxılsın, əgər iş getməsə, hər şey pis olsa, onda hərəkət edərsiniz. Vaxt vermək lazım idi, əgər strukturların ləğvi uğur gətirməsə yenidən partiya yığarsınız”.

Bu kimi qeyri-ciddi yanaşma göstərən insanlara yalnız bir söz deyə bilərəm. Siyasət laboratoriya deyil. Və həyatlarını, ailələrini hər an riskə qoyan insanlar da laboratoriyada təcrübə dovşanları deyil. Hakimiyyətə iddialı insan gördüyü işə ciddi yanaşmalı və prinsipial olmalıdır.

Ürəyimdə isə yalnız bir istək var: kaş ki, #ARZULADIĞIMREAL olardı”.

Paylaş:

This post was last modified on 10 Noyabr 2019 5:53 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

Əvəz Zeynallı “Siyasət meydanı”nda: “Nəqliyyat pulları hara xərclənir?”-VİDEO

Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 10 dekabr 2019-cu il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı”…

11 Dekabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Fərəməz Novruzoğlu “Siyasət meydanı”nda: “İlham Əliyev parlamenti niyə qəfildən buraxdı?”-VİDEO

Milli Azadlıq Hərəkatının fəal üzvlərindən biri, araşdırmaçı jurnalist Fərəməz Novruzoğlu 10 dekabr 2019-cu il, saat 17:00-da canlı yayında Xural TV-nin…

10 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

“Düşmən ümid edir ki, Azərbaycanda satqın bir nəsil formalaşacaq”-ŞOK

İlham İsmayıl Düşmən ümid edir ki, Azərbaycanda satqın bir nəsil formalaşacaq və Qarabağı təslim edəcək... Azərbaycan parlament seçkilərinə hazırlaşır. Ermənilər…

10 Dekabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Tural Abbaslı və Pənah Hüseyn “Siyasət meydanında”: “Seçkilərə kimlər gedir?..”-VİDEO

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və AĞ Partiyanın sədri Tural Abbaslı 09 dekabr 2019-cu il, saat 19:00-da canlı yayında…

10 Dekabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Zəlimxan Məmmədli “Siyasət meydanı”nda: “Müxalifət birləşə bilmir”-VİDEO

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli 09 dekabr 2019-cu il, saat 17:00-da canlı yayında Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

10 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Qüdrət Həsənquliyev Milli Məclisin Gəncəyə köçürülməsini təklif etdi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Moderator.az saytına qısa müsahibə verib. Müsahibəni xural.com oxucuları üçün təqdim…

8 Dekabr 2019
Xural.COM