Redaktorlar Birliyi Əvəz Zeynallı ilə bağlı son vəziyyəti müzakirə edəcək

Noyabrın 15-də saat 13-də Redaktorlar Birliyinin iclası keçiriləcək.

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev “Media forum” saytına bildirib ki, iclasda Azərbaycanın internet məkanının təhlükəsizliyinin təmin olunması, milli internet resursunun qorunması üçün hazırlanmış müraciət müzakirə olunacaq. Müraciət qəbul edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyinə göndəriləcək.

Bundan başqa iclasda bir sıra cari məsələyə baxılacaq, “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı ilə bağlı son vəziyyət müzakirə ediləcək.

Redaktorlar Birliyi digər KİV-dən daxil olmuş şikayətə də baxacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button