Redaktorlar birliyi Lənkəran səfəri ilə bağlı toplanıb

Dünən Redaktorlar Birliyi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda toplantı keçirib. Toplantıda Redaktorlar Birliyinin reportyor qrupunun Lənkəran şəhərinə səfəri müzakirə olunub. Səfərlə bağlı reportyorların təəssüratlarını dinləyən Redaktorlar Birliyinin təmsilçiləri – Mehman Əliyev, Rauf Arifoğlu, Əvəz Zeynallı və digərləri qərara alıblar ki, Lənkərandan reportajlar dərc olunduqdan sonra qurum səfərin və araşdırmaların nəticələri ilə bağlı yekun rəy açıqlansın.

Qeyd edək ki, “Turan” informasiya agentliyi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, “Xural” və “Yeni Müsavat” qəzetlərin əməkdaşlarından ibarət reportyorlardan ibarət qrupun səfərinin məqsədi “Xural” qəzetinin bölgə müxbiri Aydın Canıyevin həbsi ilə bağlı araşdırma aparmaq və Lənkərandakı ümumi vəziyyətlə bağlı reportajlar hazırlamaqdır. Səfər zamanı Aydın Canıyevin “xuliqanlıq” etdiyi iddia olunan məsciddə və hadisə ilə bağlı digər ərazilərdə olan reportyorlar, hadisədə adı çəkilən tərəflərlə də görüşlər keçiriblər.

Xatırladaq ki, Aydın Canıyev “xuliqanlıq” maddəsi ilə ittiham olunaraq həbs olunsa da, Redaktorlar Birliyi onun yazılarına görə təxribata çəkilərək həbs edildiyini hesab edir.

“Xural” qəzeti,

il 9, sayı: 048 (456), 01 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button