Redaktorlar Birliyinin genişləndirilmiş iclası olacaq

 Bu gün birliyin repartyor qrupu Lənkərana yola düşür

 5 oktyabr saat 13-də Redaktorlar Birliyinin genişləndirilmiş toplantısı olacaq. Toplantı RATİ-nin ofisində keçiriləcək. Bu barədə qəzetimizə «Turan» agentliyinin direktoru Mehman Əliyev məlumat verib.

Onun bildirdiyinə görə, gündəmdə jurnalistlər və müstəqil mətbuatla bağlı yaranmış son problemlər olacaq. Həmin vaxta qədər isə Redaktorlar Birliyinin təşkilatçılığı ilə bir qrup jurnalist Lənkəran şəhərinə yola düşəcək. Məqsəd “Xural” qəzetinin polis tərəfindən 2 ay müddətinə saxlanmış zona müxbiri Aydın Canıyevin işinin araşdırılmasıdır. M.Əliyev dedi ki, jurnalistlər sabah – 29 sentyabrda yola düşürlər və onlar rayonda müstəqil təhqiqat aparacaqlar.

Onu da əlavə edək ki, artıq Lənkərandan xeyli sayda din xadimi Aydın Canıyevin yazdıqlarına dəstək olaraq mətbuata müraciət ediblər. Rayonun tanınmış din adamları deyirlər ki, həqiqətən də Lənkəranda dini müstəvidə vəziyyət ağırdır. Məhz müraciətlərin araşdırılması məqsədilə də rayona repatyorlardan ibarət qrup yola düşür.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button