Rejimin zor və şər makinasında üyünən vəkillər

Sərdar-Əlib.

ŞƏRLƏNİB TUTULANLARI VƏKİLSİZ QOYMAQ SİYASƏTİ UĞURLA DAVAM EDİR

əlisəmid kürƏlisəmid Kürlə hər dəfə görüşdüyümüzdə yarıciddi, yarızarafat deyir ki, ay Sərdar, bu da təzə oyundu başlamısan? Təbii ki, mən də kəndimi o yerə qoymadan, zarafata salıb birtəhər ötüşdürürəm gedir. Bir də, açığı, Əlisəmidin sözünün üstünə söz deyəcək qədər böyümədiyimin də fərqindəyəm hələ.

Heç bilmirəm, Əlisəmid Kürün bu sitatını, indi bəhs edəcəyim məsələylə uzlaşdıra biləcəm, ya yox, amma onun adını belə kirli bir məsələyə qatdığım üçün vayıma oturacağı dəqiqdi. Olsun, Əlisəmidin boynumuzda haqqı var və ondan yeyilən ah-vaya da şükür. Zatən indi bütün həyatımızı da, ömrümüzü də zəhərə, zıqqıma, zəqqutuna döndəriblər ki. Bu zəhər-zəqqutunların  içində Əlisəmiddən gələn zıqqım da bal dadar.

vəkillər kollegiyasıazər tağıyevNə isə, mətləbdən çox da yayınmaq istəmirəm, deyəcəyim də  budur ki, son vaxtlar, əsasən siyasi və vicdan məhbuslarını məhkəmələrdə ciddi-cəhdlə, vicdan və namusla müdafiə edən vəkillərin cəbhəsində baş verənlər haqqında düşünəndə, nədənsə, əvvəldə Əlisəmid Kürdən gətirdiyim sitat yadıma düşdü. Dəqiq görünəni budur ki, hakimiyyət bu sahədə təzə oyuna başlayıb. Amma ilk baxışdan, bu oyun təzə görsənsə də, əslində köhnə oyundur. Zira, məmləkətin barmaqla göstərilən, sayılıb seçilən vəkillərinin “Vəkillər Kollegiyası” adlanan qondarma qurumdan uzaqlaşdırılaraq, cinayət işlərinə buraxılmamaları təzə məsələ deyil. Zaman-zaman, ənənəvi olaraq, məhkəmələrdə  hakim, prokuror, zərərçəkən və təqsirləndirilən şəxslər arasında “makler”lik edib, sistemə və sistemin nökərlərinə pul qazandırmaqdan imtina etməklə,  peşəsinə sadiq qalan, məsləyinə xəyanət etməyən vəkillərin ya şərləmə, ya da qaralama metodları ilə bu qurumdan necə uzaqlaşdırıldaqlarından cəmiyyətin xəbəri var. Mən burada həmin vəkillərin adlarını sadalamağa sadəcə cəsarət eləmirəm, çünki belələrinin sayı o qədərdir ki, kimlərisə unutmaqla, incidə biləcəyimdən ehtiyat edirəm. Amma onların hamısının ehtirama və hörmətə layiq olduqlarını da söyləməyi özümə borc bildim.

intiqam əliyevmənsum bayramovFəqət, indi başlanan oyun mahiyyətcə əvvəlkilərin eyni olsa da,    mənaca yeni çalarlarla zənginləşdirilib. Çünki əvvəllər çinayət proseslərindən kənarlaşdırılan vəkillər, heç deyilsə, mülki işlərə çıxa, həm məsləklərini davam etdirə, həm də az-çox qazanc əldə etməklə, yaşamlarını təmin edə bilirdilər. Yeniləşmiş formada bu oyun tamam başqa xətt götürüb və “asi”lərə olduqca sərt və amansızlıqla yanaşılır. Dünyaca tanınnan, Azərbaycan yurisprudensiyasının fəxri sayıla biləcək İntiqam Əliyevdən tutmuş Mənsum Bayramova qədər, artıq həbsdə olan neçə-neçə vəkillərlə yanaşı, bir də, bu sistemdən çirgiyib iyrənərək vəkillik peşəsinə ömürlük əlvida deyən, hüquqşünas diplomumun isə ən yaxşı halda, nə zamansa qazanılmış qiymətli trofeydən savayı heç bir anlam daşımadığı vəkillərimizin sayı onlarladı.

elçin sadıqovyalçın imanovAmma illər ötdükcə, bu kəmfürsət rejimin və nadürüst sistemin vicdanlı vəkillərə qarşı nə münasibəti dəyişir, nə də hücumları səngiyir. Baxın, indi də hədəfdə olan vəkillər Yalçın İmanovla Elçin Sadıqovdu. Yəni anlayacağınız, siyasi və vicdan məhbuslarına dolğun, əsaslı hüquqi müdafiə quran və ən əsası da, bu işləri Avropa İnsan Haqları Məhkəməsinə daşıya bilmək perspektivləri ilə işləyən vəkillərin sırasını seyrəltməyə növbəti cəhddir bu. Yoxsa, Yalçın İmanovun məhkəmə adına təhqir, dünya yurisprudensiyasının tarixinə qara ləkə olan növbəti məhkəmələrdən birində, prosesin tam da mahiyyətinə uyğun şəkildə işlətdiyi bircə kəlmə, nədən bu qədər faciə kimi qarşılanmalı, olaya çevrilib, bütün ölkənin diqqətinə çıxmalıydı ki?!

Bu Elçin Sadıqovun işi isə ümumiyyətlə, komediyadır, farsdır. Ən maraqlısı da odur ki, bu oyundakı tərəfmüqabilinin özü də vəkildir. Adəm adlı, Məmmədov soyadlı bir vəkil. Əgər səhv etmirəmsə, mən həbsxanada olanda bu uşağı (yaşca məndən xeyli kiçik olduğu üçün belə deyirəm və kimsə də buradan başqa nəticələrə gəlməsin – S.Ə.) ya Xoşqədəmin, ya da Zaur Baxşəliyevin verilişlərində görmüşdüm. Bir az da qeyri-populyar və ya rus demiş, “derzki” işlərlə bağlı. Bir də onun sorağını mərhum jurnalist Rasim Əliyevin qətlindən sonra yayılan xəbərlərdən aldım. Demişdi ki, elə danışırlar ki, elə bil  Rasim Əliyev tanınmış bir jurnalist olub…

adəm məmmədovelçin sadıqov-1Bax, bu adam, beləcə, istənilən halda, hüquqa da, məsləyinə də, insanlığa da, ictimai rəyə də tüpürə bilən biridi. Yəni bunun anlayışında jurnalist populyar biri olmasa, onu döymək də olarmış, öldürmək də, hətta min cür yollar arayıb qatillərə haqq qazandırmaq da. Əgər çox həşəmətli Vəkillər Kollegiyasının hər hansı formada ölçülərə varacağı məqam vardısa, o da Adəm Məmmədova, ən azı, özünə çəki-düzən verməsini tövsiyə edib, onu doğru yola dəvət edilməsiydi. Və adam bu dəvəti də qulaqardı edib yaramazlıqlarına davam edəcəkdisə, onun hüquqi proseslərə müdaxil olmasına, məhkəmələrdə hər hansı tərəfdən iştirakına birmənalı qırmızı işq yandırılmalı, vəkillik fəaliyyətinə də “STOP” verilməliydi. Ama bunu əvəzində nə baş verir?..

…O baş verir ki, adam bir az da sifarişli məhkəmələrdə üzəduranlara oxşayan bir rolda oynayır. Oynadılır daha doğrusu. Yoxsa onun Elçin Sadıqovun barəsində bu qədər amansızca həyasızlıqla açıqlamalar verib öz həmkarını cəmiyyətin gözündən salmaq cəhdlərinin arxasında nə dura bilər ki? Mən burada təfərrüatlara varıb, nəsə söyləmək istəmirəm. Çünki Adəm bəyi bu işə o qədər aktiv qoşublar ki, özü, maşallah, qəzet-qəzet, sayt-sayt gəzib az qala hər gün bu haqda danışır…

Mənimsə etirazım, əslində tamam başqa yerə və başqa yönədi. Gedən bu sərsəm proseslərə və ən əsası, ən ağrılısı da, bu proseslərin, mövcud rejimin, eləcə də bu rejimin yönətdiyi sistemin zehniyyətinin məhsulu olmasına, fəlsəfəsindən qaynaqlanmasınadı. Nəticədə, yenə də uduzmaq sırası, bu sistemin yarandığı, bu rejimin meydana gəldiyi gündən uduza-uduza gələn dövlətə, millətə, cümlə Azərbaycana gəlir. Onsuz da durumlar heç yaxşı deyil və bu sistemin də, onu yönətən rejimin də nə istədiyini və niyə istədiyini qəti qanammıram ki. Yəni bu sərsəm zehniyyətin diqtəsindən, bu axmaq fəlsəfənin məntiqindən nə qədər və hara kimi getmək olar, bilinməz!


 

Zəruri haşiyə:

Qurban Məmmədov-03İntiqam Əliyevnamizəd səfərovaslan ismayılovelçin namazov
Əslində, məsələlərin bu yerə gəlməsində, elə bu vəkil qardaşlarımızın  öz xidmətləri də az olmuyub ki. Qurban Məmmədovdan İntiqam Əliyevə, Namizəd Səfərovdan Aslan İsmayılova, Elçin Namazova və digərlərinə qədər onlarla tanınmış vəkilləri kolegiyadan müxtəlif  bəhanələrlə kənarlaşdıranda, elə onların özləri də, ən yaxşı halda susmadılarmı?! Hətta, bəlkə bu məsələyə ticari yöndən dəyər verərək, “məkkəmə bazarı”nda gedənlərin yerini tutacaqlarına sevinənlər də olub. Nəticələr isə göz qabağındadı. Bu gün Elçin Sadıqovun  bu “bazar”dan kənarlaşdırılması tamaşasında öz rolunu can-başla oynuyan Adəm Məmmədovun da belə istəkləri-filan və bir də, ən yaxşı halda, Azər Tağıyevin bir təbəssümünü qazanmaq həvəsi  ola bilir. Amma niyyətin hara mənzilin də ora deyiminin, bu mənada, başqa yozumu da mümkündü. Pis niyyətlə yaramaz işlərə qoşulan bəndələrini Allah heç sevməz və bu baxımdan, bir gün Adəmin də bazarının bağlanacağı qaçılmaz olacaq. Birincisi ona görə ki, mafiya da şahidləri içində tutmağı sevmir və istəmir, ikincisi də, indi ABU-nun (məlum Elşad Abdullayevin məşum ABU-sunu deyirəm – S.Ə.), Azər Tağıyevin bir təbəssümünə çox işlər görə biləcək  o qədər  “dana” titullu “hüquq” məzunları var ki, günlərin birində baxacaqsınız ki, onlardan biri də Adəmi qaralamağa qalxıb.  

 

P.S.

xalid bağırovHər şey elə bil ki, Allahdan olan kimidi və bu yazını bititdiyim anlarda, rejimin qəzəbinə tuş gəlib,  sistemdən dışlanaraq “antimilli ünsür” elan olunan vəkil Xalid Bağırovun Fb-də maraq doğuran bir starusu yayınlandı. Mən o statusu şərh etməkdən vaz keçdim, özünüz baxın və qiymət verin:

“Bu gecə evə gəldikdə gördüm ki, Nizami rayon İcra Şöbəsinin icra məmuru məktub göndərib, mənə 10 gün vaxt verir ki, Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməyim barədə məhkəmə qərarını könüllü icra edim. 
İndi bu gecə-gecə oturub düşünürəm ki, görəsən indi mən nə etməliyəm?)))”

Bir də Xalidin statusuna yazılmış bir şərhi sizə təqdim eləməsəm heç olmaz. Altay Göyüşov yazır:

“Şərləyib tutduqlarını vəkilsiz qoymaq siyasətini uğurla davam etdirirlər”

Görünən kəndə nə bələdçi, canım? Mən də oturub bu boyda yazı yazmışam, zatən bu məmləkətdə hamı hər şeyi bilir!

 


P.P.S.

Yaşamaq bu yanğın yerində,
Hər gün yenidən ölərək…
Zalımın əlində dustaq,
Cahilə qurban gedərək…
Yalanla kirli havada
Zorla nəfəs alaraq…
Qorxağı, dönüyü, satqını
Görüb də qəzəblə dolaraq…
Qorumaq gerçəyi çox vaxt
Yalnızlığını bilərək…
Toplanir arkadaşlar
Hər biri bir yerdən gələrək…
Kiminin boynunda ilməyi,
Kimi qanını silərək…
ataol behramoğluQucaqlayır məni Metin Altiok,
“Vecinə alma” – deyir, gülərək:
“Yaşamaq – vəzifədir bu yanğın yerində…
Yaşamaq, İNSAN qalaraq…”

 Ataol Bəhramoğlu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button