Reklam və ünvan göstəricilərində dilimizin qaydalarına əməl olunmur

qulu-meherremli-yennn

“Reklamlarda, afişalarda, xidmət obyektlərinin adlarında Azərbaycan dilinin qaydalarına əməl olunması üçün işlək mexanizmin yaradılmasına ciddi ehtiyac var”.

Xural.com moderator.az-a istinadən xəbər verir ki, bunu AMEA Dilçlik institutunun şöbə müdiri, professor Qulu Məhərrəmli Toponimiya komissiyasının rəhbəri, millət vəkili, akademik İsa Həbibbəylinin reklamlarla bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Q.Məhərrəmli millət vəkilinin çox aktual bir məsələyə toxunduğunu və qanunlarda ana dili ilə bağlı müddəaların tələblərinə lazımınca əməl olunmadığnı vurğulayıb.

Küçə və yollarda, meydanlarda, göz qabağında olan digər yerlərdə xarici dildə yazıların hədsiz çoxalmasından, ana dilinin statusuna laqeydlikdən narahatlığını bildirən Q.Məhərrəmli konkret faktlar da gətirib:

Sonuncu monitorinqdə əməkdaşlarımız Bakının üç rayonunda təxminən 4 min obyektin 3 minində reklam, ad və ünvan göstəricilərinin özgə dildə olmasını qeydə alıblar. Nəticələrin müzakirəsinə yerli icra hakimiyyətinin nümayəndələrini də dəvət etmişdik, fəqət indiyədək bir tərpəniş duymuruq”.   

Hazırda Dilçilik institutunda sınaq zənglərinə başlamış “Qaynar xətt”in bu məsələdə müsbət rol oynayacağına ümidvar olduğunu deyən professor Q. Məhərrəmli onu da bildirib ki, bu xətt məhz ölkə prezidentinin imzaladığı sərəncamla qəbul edilmiş Azərbaycan dilinin inkişaf etdirilməsinə dair “Dövlət Proqramı”nın tələbinə uyğun olaraq yaradılıb:

“Həmin proqramda ana dilinin işləndiyi bir çox sahələrdə, o cümlədən reklamlarda dil qüsurlarının aradan qaldırılmasına ictimaiyyəti, ölkə vətəndaşlarını cəlb etmək məqsədi ilə  belə bir xəttin yaradılmasının zəruriliyi xüsusi qeyd edilib”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button