Rektor Üzeyir Hacıbəyovun yazdığı himnin yararsız olduğunu dedi

siyavus-kerimli

“Bugünkü Azərbaycan himni heç nəyə yaramır, yeni himn yazılmalıdır”.

Bunu  Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi deyib:

“Bu haqda çox fikirlər deyilib. Ümumiyyətlə, əslində bu himn deyil. Üzeyir Hacıbəyov çox gənc olarkən yazdığı əsgər mahnısıdır. Xalq Cəbhəsi dövründə bu musiqidən himn düzəldilib. Mən musiqiçi kimi düşünürəm ki, belə böyük musiqi mədəniyyətinə malik olan Azərbaycanın ayrı himni olmalıdır. Təbii ki, Üzeyir Hacıbəyovun musiqisindən ibarət olan himnimiz olmalıdır. İndiki himni 18-20 yaşında Üzeyir Hacıbəyov yazmışdır. Üzeyir Hacıbəyov Koroğlu operasını yazmışdı. Hər tərəfli düşünülmüş və melodiyası zəngin olan musiqidir. Hazırki himnimiz orkestirsiz ifa üçün heç yaramır. Bu çox böyük problemdir.

Rusiyada Sovetlər Dağıldıqdan sonra yeni himn yazıldı. Yenə də əvvəl Rusiyanın himnini yazmış Aleksandrın musiqisi üzərində himn yazdırdılar. Bu da əzamətli və möhtəşəmdir.

Mən hesab edirəm, Üzeyir bəyin bir çox əsərləri var ki, onlar Azərbaycanın himni ola bilər. Hazırki himnimizdən qat-qat səviyyəli, maraqlı, insanın daxilinə təsir edə biləcək musiqiləri var.

Azərbaycan himnini mərsiyə adlandırmaq düzgün olmasa da, çox qəmli və miskin musiqi üzərində qurulub. İnkişaf etmiş Azərbaycan üçün indiki himn elə müstəqilliyimizin ilk birinci günündən yaramır. Mən düşünürəm ki, bu məsələyə çox yüksək səviyyədə düzgün münasibət bildirilsə biz himnimizi əlbəttə ki, lazimi bir səviyyədə dəyişsək və bunu bütün xalq çox yaxşı qəbul edəcək”.

-Üzeyir bəyin hansı müsiqisi himn ola bilər?

-Üzeyir bəyin çox müsiqilərin yeni yazılmış mətin üzərində himn etmək olar. İkincisidə ki, Koroğlu operasında “Ey vətən” müsiqisi var, bu, çox gözəl musiqidir. Bunu xorlada ifa etmək olar. Bu gün Azərbaycanın Qarabağ problemi var. Biz cəmiyyəti ruhlandırmalıyıq.

Hesab edirəm ki, “Koroğlu” operasında “Ey vətən” musiqisi çox nikbin, qələbəyə aparan himndir və hamının ürəyindən olar. Bu, çox yaxşıdır”.

unikal.org

Əlaqəli məqalələr

2 şərh

  1. Bütün xalqların və bütün zamanların bəstəkarı
    Musiqidə yaşayan azərbaycan
    ÜZEYİR HACIBƏYOV
    onun musiqisinə irad tutan musiqi zövqünün səviyyəsin gösrərir himnimizin arkestrovkası kişi səsilə güclənməlidir bu xalqın əzəməti deməkdir hətta ritminidə tezləşdirmək olar beynəlxalq ifa üçün bu gözəl ifanın vaxtı nəzərə alınmalı sizə qəribə gəlməsin Dahi Üzeyit hələ bizi çox heyrətləndirəcək!

  2. Q.Məmmədlinin səlnaməsidə dahi Üzeyir barədə bir fikir var Marif komisarı onu necə yığıncaqda tənqid edirsə çəstəkar: “afişalarda əsərlə yanaşı adımı görəndə utanıram” – bəli o, vaxtilə əsgərə , Məşədi ibada, koroğloya görə utanıb olsun indidə utanır. ancaq xacalətimizdən belə çıxır
    Dahi Üzeyir Hacıbəyov sağlığından çox, indi məzardan baş qaldırıb xalqına xidmət edir. İndi O, yüzlərin, minlərin əlin çörəyə yetirib. Akademikliyə, professorluğa, ordenli medallıların sayı-hesabı tükənməzdir Haqqında söz deyən kitab bağlayan radio-televiziyala jurnalistlərini məşurlaşması onları qonorar sahibİ etməsi əsil xeyirxahlıqdır
    BELƏ ÖLÜM ÇOXLARININ DİRİLİYİNDƏN ŞƏRƏFLİDİR gəlin onu daşa basmayaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button