Rektorun qızını döyən oğlan azadlığa çıxır

hamlet isaxanlinin qizi

27.04.2015

Bunu azvision.az-a açıqlamasında vəkil Adəm Məmmədov deyib. O, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızını döyməkdə təqsirli bilinən Zaur Məmmədovun tezliklə azadlığa çıxacağını istisna etməyib.

Vəkilin sözlərinə görə, məlum videoda hər hansı bir cinayət əməlinin olması faktı mövcud deyil.
“Cinayət işində xuliqanlıq, ictimai münasibətlərin kobud şəkildə pozulmasından söhbət gedir. Bununla bağlı Ali Məhkəmənin müvafiq qərarı var. Orda ictmai münasibətlərin pozulma normaları qeyd olunub. Həmçinin dövlətə və vətəndaşlara ziyan vurulması halları da var. Bu qərar uyğun olaraq mübahisə olunan yerdə həmin şəxslərin söyüş söymələri, söyüşün nə qədər davam etməsi, həmin sözləri kimlərin eşitməsi məsələləri tam araşdırılmalıdır. Videodan da görünür ki, Məmmədov qardaşları Ülkər İsayevanı yalnız avtomobildən bayıra çıxardırlar. Ona qarşı hər hansı bir kobudluğun olmasını əks etdirən kadrlar videoda yoxdur. Ağır söyüş və təhqirin olmaması, zərərçəkmiş şəxsə xəsarət yetirilməməsi, eyni zamanda dövlət və vətəndaşların əmlakına ziyan vurulması halları mövcudd deyilsə, cinayət işinə ya bəraətverici əsaslarla xitam verilməlidir, ya da gələcəkdə bu iş yenidən məhkəməyə göndərilərsə, onlar barəsində ittiham hökmünün çıxarılması çox çətin olacaq”-deyə A.Məmmədov bildirib.
Vəkil hesab edir ki, istintaq bu işdə cinayət əməllərinin olub-olmamasını sübuta yetirməlidir: “İctimai münasibətlərin hansı formada pozulması halları istintaq zamanı sübuta yetirilməlidir. Video çəkilişə ilkin olaraq baxanda, orada hər hansı bir cinayət əməlinin olması faktı öz təsdiqini tapmır. Ali Məhkəmə Plenimunun qərarı var. Cinayət Məcəlləsinin 132-ci maddəsi 2012-ci ildə məcəllədən çıxarılıb. Yəni bu maddə İnzibati Xətalar Məsəlləsinə daxil edilib. C. M-nin 128.1 maddəsi isə döyülmə ilə bağlıdır. Onların işində döyülmə əməli yoxdur. Tərəflər də bu məsələ ilə bağlı şikayətçi deyillər. Burada şikayət də əsas deyil. Burada ictimai münasibələrin pozulması əsas götürülür. Bu işdə ictimai münasibətlərin pozulması faktını mən görmürəm. Videodan görünür ki, orada söyüş söyüləməsi və vətəndaşların bunu eşitməsi sıfıra bərabərdir. Orada ucadan söyüş söyülməyib. Bu hiss olunmur. Danışıqlar həmin şəxslərin öz aralarında gedir. Bu söhbəti yalnız onların özləri eşidirlər. Ona görə də cinayət işinə xitam verilib bəraət hökmü çıxarılmalıdır”.
Qeyd edək ki, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanı döyməkdə təqsirləndirilən Zaur Məmmədov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Ülkər İsayevanın döyülməsi ilə bağlı yayılan video böyük əsk-səda doğurmuşdu. H.İsaxanlı mətbuata açıqlamasında qızının döyülməsi xəbərini təkzib edərək videoda görünən xanımın qızı olmadığını bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button