Rubrikalar: GÜNDƏM XuralTAC

“Revanşla bağlı fikirlər ziyanlıdır” – Erməni vitse-spikerin sensasiyalı müsahibəsi

Ermənistanda xüsusilə rusiyapərəst müxalifətin təmsilçiləri Qarabağ Müharibəsindəki acı məğlubiyyətin əvəzinin çıxılmasına dair revanşist fikirlər səsləndirdikləri halda, bunun ermənilər üçün ölüm hökmü olduğunu anlayanlar da az deyil.

“AzPolitika.info” xəbər verir ki, Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan erməni mətbuatına verdiyi son müsahibəsində Azərbaycana qarşı revanşist çağırışlar edən siyasətçiləri tənqid edib və bildirib ki, bu cür çağırışlar Ermənistan üçün olduqca ziyanlıdır: “Bu gün bir çox ekspertlər, ictimai xadimlər deyirlər ki, guya biz bir neçə ildən sonra daha güclü olacağıq, silahlanacağıq və öz qələbə payımızın ardınca gedəcəyik. Bağışlayın, mən bu fikri reqressiv və ziyanlı hesab edirəm. Və istəyirəm mənə barmaqla göstərsinlər ki, onlar bunu kimin 18 yaşlı oğlunun hesabına etmək istəyirlər…”

Erməni xanım siyasətçi deyib ki, bütün qonşularla ”uzun müddətli, hətta daimi sülhə” nail olmağa çalışmaq lazımdır: “Region nəhayət ki, “insan sifəti” almalıdır”.

Müharibədən yayınmağın mümkünlüyü ilə bağlı suala cavab verən vitse-spiker qeyd edib ki, bunun üçün 30 illik danışıqlar prosesini daha dərindən təhlil etmək lazımdır: “Əgər müharibə olubsa, deməli siyasət, siyasi xadimlər uduzub”.

Paşinyanın mövqeyini müdafiə edən vitse-spiker vurğulayıb ki, indiki baş nazir situasiyanı hamıdan yaxşı qiymətləndirə bilir. Onun fikrincə, müxalifətdəki siyasətçilərdən fərqli olaraq, Paşinyan “buludların üzərində uçmur” və yerdəki vəziyyəti onların hər birindən düzgün anlayır.

Qeyd edək ki, Ermənistanda L.Nazaryan kimi düşünənlər və revanşist çağırışların mənasızlığını dərk edənlər kifayət qədər çoxdur. Bunu müxalifətin bütün səylərinə baxmayaraq, meydanlara çoxsaylı kütlə toplaya bilməməsi də təqsdiqləyir.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Baş Prokurorluq Mübariz Mənsimovun azadlığa buraxılmasını tələb etdi

FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimov məhkəmə nəzarəti altında sərbəst buraxıla bilər. Xural.com "Habertürk"ə istinadən…

4 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

“Azərbaycan Hindistanla qarşıdurmada Pakistanı dəstəklədi”

"Əvvəlcə, müharibə zamanı nümayiş etdirilən həmrəyliyə və dəstəyə görə qardaş Pakistana təşəkkürümü ifadə etmək istəyirəm. Torpaqlarımızın azadlığı uğrunda apardığımız müharibə…

4 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

Azərbaycanda daha bir televiziya fəalliyətə başladı

Bu gündən Azərbaycanda daha bir internet televiziyası fəaliyyətə başlayıb. Lent.az-ın məlumatına görə, bu "Reallıq TV" internet televiziyasıdır. Televiziyanın rəhbəri tanınmış…

3 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

Azərbaycanın tanınmış tarixçi alimi koronavirusdan vəfat edib

Azərbaycanın tanınmış tarixçi alimi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli vəfat edib. Xural.com “Report”a istinadən xəbər verir ki, o, bu…

3 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

Laçın şəhəri: Rusiya sülhməramlılarının nəzarəti altında həyat…

Bir qrup xarici jurnalistlərlə birlikdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən BBC rus xidmətinin reportyorları Rusiya sülhməramlı kontingentinin məsuliyyət…

3 Mart 2021
  • GÜNDƏM
  • XuralTAC

Hərbçilərin maaşları məsələsinə yenidən baxıldı, ikiqat və 50 faiz artırıldı

“Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi…

3 Mart 2021
Xural.COM