Riçard Gir: “Hərdən çılğın olun…”

Riçard Gir

 

Dostumun anası ömrü boyu sağlam həyat tərzi keçirib. Heç vaxt alkoqollu içki içməyib, fast food yeməyib, hər gün idmanla məşğul olub, həkimin bütün göstərişlərini yerinə yetirib, dərisini hər zaman aktiv günəş şüalarından qoruyub. Xülasə hər zaman sağlamlığının qeydinə qalıb. İndi 76 yaşındadır. Və dəri xərçəngi, ilik xərçəngi və kəskin osteoporoz xəstəliklərinə düçar olub.

Dostumun atası isə yağlı yeməklər yeyir, heç bir zaman idmanla məşğul olmayıb, hər il yay aylarında qızmar günəş altında qaralıb. Demək olar ki bütün həyatı boyu istədiyi kimi yaşayıb və heç kimin məsləhətinə qulaq asmayıb. İndi onum 81 yaşı var. Və həkimlər onun sağlamlığını bir gənclə eyni tururlar.

Dostlar, sözüm ondadır ki, siz öz taleyinizdən qaça bilməzsiniz. Dostumun anası indi çox təəssüflənir: “Bilsəydim ki mənim sonum belə olacaq, həyatımı istədiyim kimi yaşayardım.” – deyir.

Bilin ki, bu dünyadan heç birimiz sağ çıxmayacağıq. Ona görə həyatınızın qədrini bilin. Gəzin, yeyin, istirahət edin, səyahət edin, okeanlara qərq olun. Xeyirxah olun, hərdən çılğın olun. Onsuz da başqa heç nəyə vaxtınız olmayacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button