Riçard Morninqstar Dovlət Departamentində Azərbaycandakı vəziyyəti müzakirə edib

Riçard Morninqstar Dovlət Departamentində Azərbaycandakı vəziyyəti müzakirə edib

09.01.2013

Bu gün ABŞ-Azərbaycan ikitərəfli və regional siyasəti Dövlət Departamentində müzakirə mövzusu olub. Dövlət katibinin müavini Villiam Burns ölkəsinin Bakıdakı səfiri Richard Morninqstarı qəbul edərək Azərbaycanda həyata keçirilən işlərə və ölkədəki vəziyyətə nəzər salıb. Bu barədə Turan-ın Vaşinqton müxbirinə  Dövlət Departamentindəki mənbələr məlumat veriblər. Daxili müzakirələrin təfərrüatları açıqlanmır.

Hərçənd, Departamentin iş üslubuna bələd mənbələr adətən belə görüşlərdə səfirin çalışdığı ölkədə vəziyyət, administrasiyanın regonal siyasəti və gələcək addımlarının müzakirə olunduğunu bildirirlər.

Bu arada məlum olub ki, səfir Morninqstarın Bakıya təyinatından əvvəlki vəzifəsini –  Xəzər regionu üzrə xüsusi nümayəndə səlahiyyətlərini hazırda Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi, səfir Carlos Pascual icra edir. Bu barədə Departamentin sözçüsü Victoria Nuland bu gün keçirdiyi ənənəvi mətbuat konfransında bildirib. Sözçüyə senator Riçard Luqarın Qafqazda enerji təşəbbüsləri, xüsusilə Nabucco-West-ə diqqətin azalması ilə bağlı Departamentə ünvanladığı tənqidləri və yeni hesabatı ilə bağlı sual verilib. Xanım Nuland deyib ki, senatorun fikirləri və hesabatı ilə tanış olduqdan sonra münasibət bildirəcək.

http://contact.az/docs/2013/Politics/010900023898az.htm#.UO5fHqxNKSo

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button