RİCQ-in “Azərbaycan Qadın Hüquq Müdafiəçisinin Portreti”ndə Novella Cəfəroğlu – VİDEO

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİCQ) “Azərbaycan Qadın Hüquq Müdafiəçisinin Portreti” videotəbbüsündə hüquq müdsafiəçisi Novella Cəfəroğlu haqqındaadı video hazırlayıb. Xural.com xəbər verir ki, bu barədə RİCQ-in sədri Şəhla İsmayıl məlumat verib:

“İctimai sektor ona “Mamaşa” deyir!
Niyə? Çünki o, hər zaman ən çətin günlərini yaşayanların yanında olur. Çox vaxt kömək edə bilir, amma kömək etməyə gücü çatmasa da, diqqətini və səylərini əsirgəmir.

Novella xanım Jafaroğlu Yeni Çağın ən birinci hüquq müdafiəçilərindəndir ölkədə. Hər zaman səs-küylü, səmimi və enerjilidir. Heç bir məsələdə özünü kənara çəkmir. Özünə-məxsus ifadələri dillərə əzbər olub! Ona can sağlığı və uzun ömür arzu edirik!”

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti “Azərbaycan Qadın Hüquq Müdafiəçisinin Portreti” adlı video təşəbbüsündə Novella xanımın tam video müsahibəsini diqqətinizə çatdırırıq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button