RLC internet kanalı fəaliyyətini dayandırıb

“Red Line Channel” (RLC) internet kanalı fəaliyyətini müvəqqəti dayandırır. Bu barədə AzadlıqRadiosuna kanalın rəhbəri Samirə Qasımlı məlumat verib. Onun sözlərinə görə, RLC bir neçə ay öncə ofisdən çıxarılıb: “Kanalımızın əsas missiyası hakimiyyətin həyata keçirdiyi manipulyasiyalara aydınlıq gətirmək, işin əslini göstərmək, baş verənlərin mahiyyətini təfərrüatlı şəkildə çözmək idi. Hakimiyyətin hətta ən yüksək dairələrinin, prezidentin çıxışları təhlil edilirdi. Bu fəaliyyətimizə görə RLC kanalı bir neçə ay öncə yerləşdiyi ofisdən çıxarıldı”.

Amma o bu məsələdə ad çəkmir və detalları açıqlamır.

S.Qasımlı bildirib ki, bu ilin martında kanalın Facebook səhifəsi ələ keçirilib və son bir illik yüz minlərlə baxış materialları silinib: “Bir neçə gün öncə isə RLC-nin sığındığı təşkilata ofisi boşaltması tələbi gəlib”.

Baş redaktor vurğulayıb ki, mətbuat azadlığının boğulduğu ölkələrdə müstəqil medianın ayaqda qala bilməsi üçün maliyyə dayaqları tapmaq çox çətindir: “RLC məhz ölkədə fəaliyyət göstərərək və dəstəyi xalqdan alaraq işinə davam etmək qərarı verdi. Bu qərar – müstəqil media qurumunun xalqdan maliyyə dəstəyi (ianə) alması hakimiyyətin qırmızı xətlərini keçmək demək idi. RLC məhz bu qərarı verdikdən sonra yerləşdiyi məkandan çıxması tələb edildi və ona görə də fəaliyyətini dayandırmağa məcbur oldu”.

Məsləyə, hələlik, rəsmi və başqa aidiyyəti qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər ölkədə mətbuat azadlığının boğulması ilə bağlı fikirləri əsaslı saymırlar.

“Red Line Channel” (RLC) internet kanalı 2019-cu ildən fəaliyyət göstərirdi.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button