Rövnəq Abdullayevin iki neftçisi həlak oldu

 

Qəzanın  ARDNŞ-in günahı üzündən baş verdiyi iddia olunur  

 Sentyabrın 27-də Xəzər dənizində Azərbaycan Dövlət Neft Şirkətinin “28 may” Neft Qaz Çıxarma İdarəsinin 14-cü platformasında 2 nəfərin həyatına son qoyan bir nəfərin isə yaralanmasına səbəb olan ağır qəza hadisəsi baş verib. Bu barədə redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, idarənin rəis müavini Hüseyn Quliyev, usta Vüqar Əliyev və  texnoloq Sürətdin Qurbanov xilasedici qayığı yoxlayarkən qəza baş verib. Qayıq platformadan suya endirilərkən kəndirlər qırılıb. Kəndirlər qırıldıqdan sonra sərnişinlər platformanın dəmir hissələrinə çırpınıblar. V.Əliyev yerindəcə dünyasını dəyişib. Rəis müavini H.Quliyevin boynu qırılıb hadisədən bir müddət sonra rəhmətə gedib.  Texnoloq S.Qurbanov isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Məlumatı redaksiyamıza verən mənbənin sözlərinə görə, qəza ARDNŞ-in günahı üzündən baş verib. Uzun illər neft sənayesində çalışdığını bildirən mənbənin sözlərinə görə, Dövlət Neft Şirkətində texniki təchizat bərbad vəziyyətdədir: “Xarici neft şirkətlərindən fərqli olaraq ARDNŞ-də təchizat məsələsi bərbad vəziyyətdədir. Şirkəti ancaq neftin çıxarılması maraqlandırır. Fəhlələrin texniki təhlükəsizliyi məsələsi ümumiyətlə heç kimi maraqlandırmır. Platformalara neftçiləri daşıyan qayıqlar köhnədir. Platformalardakı təhlükəsizlik qayıqlarının əksəriyyəti yararsız haldadır. O qayıqlar fəhlə və ustaların sayəsində sıradan çıxmayıb. Son hadisəyə səbəb qayığı platformadan endirən “tros”ların qırılması üzündən baş verib. Halbuki, “tros”lar yoxlanılmalıdır. Xəzərdə işləyən fəhlə və ustaların xilasedici jiletlərlə də tam təmin edilməyiblər. Platformalar qəzalara, yanğına və partlayışlara hazır deyil. İstənilən qəza fəlakətlərə səbəb ola bilər”.   

Qeyd edək ki, 2 nəfərin həlak olduğu dəhşətli qəza barədə ARDNŞ bir gün sonra rəsmi açıqlama yayıb. Rəsmi açıqlamanın verilməsinə səbəb isə 14-cü platformanın əməkdaşlarının hadisəyə kəskin reaksiya verməsi səbəb olub. Fəhlə və ustalar təchizat işinin yaxşılaşdırılmasını və günahkarların cəzalandırılmasını tələb ediblər. ARDNŞ faktla bağlı bağlı yaydığı açıqlamasında “Günəşli” dəniz yatağının “Günəşli-14”platformasında baş verən qəza ilə bağlı komissiyanın yaradıldığı bildirilib.

  Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

Əlaqəli məqalələr

1 şərh

  1. R.Abdullayev bilmeli idi 25-30 ilin tecurbeli iscilerini bir behane ile isden qovub oz savadsiz qohum eqrabelerini ,tanislarini ,dostlarini ,yerlilerini teyin edende axiri bele olmali idi.Hele NE ve NK zavozavodlarinda yanan, sikest olan fehleleri ,qeydiyyatdan gizledilen xesaret alanlari demirsiz.Bir o qeder vezifeni ARDNS-in prezidenti,AFFA-in prezidenti,MM-in deputati fiziki cehetden aparmaq ,idare etmek mumkunsuzdur.Ona GOREDE O KISIDEN INCIMEYE DEYMEZ.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button