Rövnəq Abdullayev yerlilərə deyil, əcnəbilərə dəyər verir

Rövnəq Abdullayev yenidən özünü ifşa etdi: ” Bu havada helikopter yerli işçiləri götürmədi, əcnənəbiləri isə…”
Bu barədə jurnalist Sənan Nəcəfov paylaşım edib. Paylaşımda deyilir: “Dostlardan biri yazıb. 
“Mənim atam da neftçidir. Bu gün dənizə işə getməli idilər. Səhər saat 8-də özüm aparıb Zabratdakı hava limanına qoydum. Oradan helikopterlə platformalara getməli idilər. Amma helikopter uçuşları olmayıb. Yenə də fəhləni adam yerinə qoymayan, öz vətəndaşına hörmət etməyən SOCAR xarici ölkə vətəndaşı olan işçilərini xüsusi nəqliyyatlar çağıraraq hava limanından evlərinə yola salıblar. Amma yerli işçilərə deyiblər ki, burada, soyuqda gözləməlisiniz!!! Səbəb də bilirsiniz nədir? Deyiblər ki, sizə onsuz da gününüzə görə maaş yazılır. Dənizdə fəhləlik edən, neft borusu rəngləyən fəhləni hava limanında boş-boşuna axşam saat 5-ə qədər saxlamağın adı nədir? SOCAR-ın işçisinin hava limanında axşama qədər saxlanılması kimin ağlıdır? İnsan nə qədər vicdansız olar bilər ki, öz millətindən olana bunu rəva bilsin?”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button