Rövnəq Abdullayevin adamı külli miqdarda pulla tutulub?!

ARDNŞ prezidentinə Yavər Camalovun oğlu nəzarət edəcək!

XuralTAC-a daxil olan məlumata görə, ARDNŞ prezidenti Rövnəq Abdullayevə yaxın olduğu bilinən bir ARDNŞ əməkdaşı külli miqdarda pulla sərhəddi keçərkən yaxalanıb. Bu şəxsin R.Abdullayevin «şəxsi kassası» olduğu bildirilir. Minik maşını dolu pulla ölkə sərhədlərini tərk etmək istəyən (XuralTAC əməkdaşına Rövnəq Abdullayevin adamının adı məlum olsa da, dəqiqləşdirməyə ehtiyac olduğu üçün dərc etmirik – Red.) ARDNŞ əməkdaşının bu «əməliyyat»ından MTN məlumat tutub və birbaşa ölkə rəhbərliyinə müraciət olunaraq Rövnəqin kassasını sərhəddə saxlayıblar. Məlumatda deyilir ki, bir minik maşını dolu pulu müsadirə edən MTN əməkdaşları dərhal ölkənin ali rəhbərliyinə müraciət edib. Məsələdən hali olan ali rəhbərlik əlaqədar qurumlara məsələni böyütməməyi və pulu götürəndən sonra Rövnəq Abdullayevin sağ əlini həbs etməyi tapşırıb. Beləliklə, külli miqdarda pul dövlət büdcəsinə qaytarıldıqdan sonra ARDNŞ prezidentinin adamı həbs olunub. Mənbə hazırda araşdırma aparıldığını, bu pulun nə məqsədlə ölkədən çıxarılmağa çalışıldığının araşdırıldığını deyir və yaxın günlərdə Rövnəq Abdullayevin üzərinə hücum başlayacağını sözlərinə əlavə edir.

Maraqlıdır ki, informasiya XuralTAC-a ötən həftədən verilmişdi və yaxın günlərdə Rövnəq Abdullayevin üzərinə hücum başlayacağı bildirilmişdi. Biz xəbərin bəzi dəqiqləşdirmələrdən sonra dərci üçün onu saxladıq və anonsla kifayətləndik. Amma həftənin beşinci günü BAXCP sədrinin Milli Məclisdə ARDNŞ prezidentini darmadağın etdiyinin şahidi olduq. Deməli, bizə çatan xəbərlər doğru imiş və öz təsdiqini tapdı.

XuralTAC-a o da məlum oldu ki, Rövnəq Abdullayevin vurulan və gözdən düşən kassasının yerinə iddialı bir namizəd var. Bu namizəd Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur. Mənbə bununla Rövnəq Abdullayevə həm də nəzarət olunacağını söyləyir və onun etibarının ciddi şəkildə zədə aldığını bildirir.

XuralTAC

“Xural” qəzeti,

Il: 9, sayı: 018(428), 08-14 may 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

  1. Bir minik masini pul ! Bu neft sirketinde Rovneq muellimin qohumlardan yaratdigi korrupsiya piramidasinin 1 ayliq toplumudur.Yerde qalan aylarin Pullarini ne vax ,hardan,kime otrulduyu aydinlasdrilmalidir.Hec olmasa ay insafsiz bu pullardan neftcilerin emek haqqinin artrilmasina xercleyeydin. 3 ilde bir defe emek haqq artirdin o da tula payi 5 faiz.Gec-tez bu agir,zeherli seraitde isleyen yarimcan iscilerin,geyri-qanunu isden qovdugun insanlarin ahi seni tutacaqdir.Axi onlarinda balalari var.Bari o gunahsiz korpeleri dusunerdin. Bu hadise korrupsiyaya qarsi mubarize aparildigi dovrde PREZIDENTIMIZE arxadan vurulan dehsetli zerbedir.Xeyaneti bagislamirlar Rovneq ” muellim “.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button