Rövnəq Abdullayevin legioner fırıldağı üzə çıxdı

Rövnəq Abdullayev

Araşdırmaçı jurnalist Kiyevdə şok faktlar aşkarladı

 Kiyevdə araşdırmaçı jurnalistlərin qlobal konfransında iştirak edən azərbaycanlı jurnalist ölkə futbolundakı korrupsiya faktlarının birinin üstünü açıb. Bu barədə musavat.com saytı məlumat verib.

N.Dağların sözlərinə görə, sözü gedən fakt araşdırmaçı jurnalist Nicat Dağların iştirak etdiyi sessiyada gün işığına çıxıb. Dünya futbolundakı korrupsiya hallarına həsr olunmuş həmin seminarda Nicat Dağlar Afrika ölkələrindən birindən gələn jurnalistlə həmsöhbət olub və bir ilkinc faktın üstü açılıb.

N.Dağlar deyib ki, o özü də neçə vaxtdır ölkə futbolundakı korrupsiya faktlarını araşdırır və artıq bir sıra faktlar əldə edib: “Bundan əvvəl bilirdim ki, xarici futbolçuları oynadan klublar AFFA-ya adambaşına 20 min manat ödəməlidirlər. Bu o halda 5 min manat ola bilər ki, futbolçu öz ölkəsinin milli yığma komandasında oynasın. Afrikalı jurnalistlə söhbətləşdiyim vaxt o bildirdi ki, sizin ölkənizdə bizim iki futbolçumuz oynayır. Mən onları tanıyırdım, ölkənin iddialı klublarında oynayırlar. Onu da öyrənmişdim ki, həmin futbolçulara görə AFFA-ya az pul ödəmək üçün onları 5 min manatdan. necə deyərlər. “oformit” ediblər. Yəni guya ki, həmin futbolçular öz ölkələrinin milli komandasının üzvləridir. Jurnalist isə mənə dedi ki, artıq 3 ildir, onların ölkəsinin milli komandsı yoxdur, ümumiyyətlə, onlarda milli futbol çempionatı keçirilmir”.

“Xural” qəzeti,

il 9, sayı: 060 (470), 15 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button