Rövşən Ağayev “ReAL”dan getdi

Tanınmış iqtisadçı-ekspert Rövşən Ağayev üzvü olduğu “ReAL” Hərəkatından istefa verib.
Modern.az saytının məlumatına görə, bu barədə xəbəri R.Ağayevin özü verib.
“2011-ci ildən bəri İdarə Heyətinin (İH) üzvü olduğum “ReAL” Hərakatından ayrılmaqla bağlı qərar vermək mənim üçün çox çətin oldu.
Səbəbləri haqda çox qısa bunları deyəcəm. Hərəkatın lideri İlqar Məmmədov artıq 4 il 2 aydır həbsdədir. Təşkilatın İH-nin hər bir üzvü belə şəraitdə onun da əvəzinə çalışmalı, liderin yoxluğunu hiss etdirməməli və “ReAL”-ı öz hədəflərinə yaxınlaşdırmaq üçün daha fədakar olmalı idi. Bizə qoşulan üzvlərin, eləcə də təəssübkeşlərin İH-dən gözləntisi də bu idi. Təəssüf ki, müxtəlif səbəblərdən bir İH üzvü kimi mən vəzifənin öhdəsindən gələ bilmədim. Bu qərarı qəbul edərkən yanaşmam bu olub ki, hər bir kəs gərəkli ola biləcəyi yerdə olmalı, faydası toxuna biləcəyi işin qulpundan yapışmalıdır. Otən 6 ildə “ReAL”-ın proqramının işlənməsi xarici bu təşkilata mənim heç bir töhfəm dəyməyib. Bacarmayan kənara çəkilib bacaranların yolunu açmalıdır.
Ümid edirəm ki, İlqar Məmmədovun həbsdən çıxması uzun çəkməyəcək və onun liderliyi ilə “ReAL” Azərbaycanın gələcək siyasi həyatında öz layiqli yerini tutacaq.
Bilirəm ki, bəzi üzvlərimizin, xüsusən gənclərimizin bizlərdən gözləntriləri yüksək idi. Gözləntilərini doğrulda bilmədiyim həmin insanların hamısına bir üzr borcum var…”,- R.Ağayev bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button