Rövşən Lənkəranski niyə öldürüldü?

Türkiyə polisi İstanbulda öldürülən azərbaycanlı qanuni oğru Rövşən Lənkəranskinin ölümü üzrə intiqam qətli versiyasının üzərində dayanıb.

“A24.az” xəbər verir ki, bu barədə bu gün Türkiyənin Takvim və Hürriyrt qəzetləri məlumat verib. Qəzetin iddiasına görə, Rövşən Lənkəranskinin qətlə yetirilməsində əli olduğu Ded Hasanın adamları tərəfindən həyata keçirilməyib və 2013-cü ildə baş vermiş başqa bir cinayətlə bağlıdır.

yazdığına görə, İstanbul polisi Röşən Lənkəranskinin ölümünün 2013-cü ildə baş vermiş başqa bir cinayətlə bağlı olduğunu güman edir və bu məsələdə vaxtı ilə Lənkəranski ilə bir kamerada yatmış Əli Həmidovun adamlarının əli olmasını araşdırır. İddialara görə, Lənkəranski 2013-cü ildə İstanbulun Bahçeşehir səmtində Əli Həmidovu öldürtdürüb. Hadisə zamanı Rusiya vətəndaşı Asiyət Alaşova isə ağır yaralanıb.

Üç il qabaq baş vermiş cinayət hadisəsində 6 nəfər iştirak edib. Mikroavtobusla gələn 6 nəfər Əli Həmidovu və Asiyət Alaşovanı güllə yağışına tutublar. Ölümcül yaralanan Əli Həmidov son nəfəsində “Rövşən” adını çəkib.

İstanbul polisi dünən şəhərin Beşiktaş səmtində baş vermiş və Rövşən Lənkəranskinin ölümü ilə nəticələnmiş cinayət hadisəsinin 3 baş vermiş Bahçeşehir cinayətinə görə intiqam qətli olduğunu ehtimal edir.

hurriyet-634x1024

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button