Röya iki vəkillə bağlı şikayət etdi

RoyaMüğənni Röya Ayxan Vəkillər Kollegiyasına müraciət edərək vəkillər Adəm Məmmədov və Müzəffər Baxışdan şikayətçi olduğunu bildirib.

Buna səbəb vəkilin Röya Ayxanın “İnstagram”da onu təhqir edən Elnur Orucov adlı şəxslə arasında olan “razborka”nın gizli yolla çəkib, internetdə yaydığı qanunsuzluğu ictimailəşdirməsi olub.

Vəkil Adəm Məmmədov daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralova müraciət edərək Röya Ayxanın qanunvericiliyi pozduğuna görə cəzalandırılmasını xahiş edib. O, müğənninin yaydığı videonun qanunsuz və gizli yolla çəkildiyini vurğulayıb.

Müzəffər Baxış isə həmin vaxt müğənniyə Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə (Özbaşınalıq) cinayət işi açıla biləcəyini və bu özbaşınalığa görə onu 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözlədiyini qeyd etmişdi. Hər iki vəkilin bu açıqlaması müğənniyə xoş gəlməyib. Odur ki, Röya Ayxan Vəkillər Kollegiyasına müraciət edərək vəkillərin cəzalandırılmasını tələb edib.

Bununla bağlı Modern.az saytına açıqlama verən Adəm Məmmədov qeyd edib ki, Vəkillər Kollegiyasına edilən şikayətdən xəbərdardır:

“Məlumatım var. Mənə kollegiyadan bununla bağlı hər hansı irad bildirilməyib. Mən, sadəcə, yazılı izahat vermişəm ki, bu vəkillik fəaliyyəti ilə yox vətəndaş mövqeyi ilə bağlı məsələdir.

İndiki halda bununla bağlı nəsə demək yersizdir. Röya xanım üstündən uzun müddət keçdikdən sonra indi məsələni yenidən gündəmə gətirməklə nəyə nail olmaq istəyir, onu da anlamıram”.

Adəm Məmmədov hələ o vaxt verdiyi açıqlamanın üstündə dayandığını deyib: “Hələ də o fikrimdəyəm ki, Röya xanım qanunlarla danışmağa başlayıb. İndiki halda bu mənim üçün bağlanmış məsələdir. Bu barədə əlavə nə isə demək və oxumaq belə istəmirəm.

Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən hər bir Azərbaycan vətəndaşının məhkəməyə müraciət etmək hüququ var. Röya xanım da eynilə. Ürəyi hara istəyir şikayət edə bilər. Mənim bununla bağlı heç bir narahatlığım yoxdur. Narahatlığım olsaydı, bu gün vəkillik fəaliyyətimi davam etdirməzdim”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button