Rublun dollara qarşı məzənnəsi 100-ə düşüb

Oktyabrın 3-də Rusiya rublunun ABŞ dollarına qarşı məzənnəsi simvolik 100 həddini keçib. Sonuncu dəfə rubl belə düşüş ilə avqustda üzləşib. O zaman Rusiya Bankı uçot dərəcəsini 350 baza bəndi qaldıraraq 12 faizə çatdırdı, hakimiyyət milli valyutanı möhkəmləndirmək üçün nəzarətin bərpasını müzakirə etməyə başladı.

Moskva vaxtı ilə səhər 7-də dollara qarşı 100.26-ya düşən rubl 15 dəqiqə sonra 99.97 həddində qərarlaşıb.

Hər ayın əvvəlində Rusiya valyutası təzyiq altına düşür. Ayın sonunda ixracatçıların yerli öhdəlikləri qarşılamaq üçün valyuta gəlirlərini rubla çevirdikləri əlverişli vergi dövrü bitir.

Avqustda rublun məzənnəsi 101.75-ə düşəndə Prezident Vladimir Putinin iqtisadi müşaviri Mərkəzi Bankı tənqid edib, onu zəif siyasət yürütməkdə suçlayıb.

Avqustdakı fövqəladə tədbirlərdən sonra sentyabrda Mərkəzi Bank uçot dərəcəsini 13-ə qaldırıb. “Reuters”in rəyini soruşduğu təhlilçilər deyiblər ki, inflyasiya təzyiqi altında olan bank oktyabrın 27-nə planlaşdırılan görüşdə monetar siyasəti yenidən sərtləşdirəcək.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücuma başlayandan rublun məzənnəsində dəyişiklik yaşanır. Ötən ilin martında dollara qarşı məzənnə rekord 120-yə düşüb.

İxracın azalması, Qərbin sanksiyaları rublu zəiflədir. Rusiyanın müsbət saldosu bu ilin yanvar-avqust aylarında 86 faiz azalaraq 25.6 milyard dollara düşüb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button