Rüfət Səfərova dəhşətli işgəncələr verildi

Siyasi məhbus, keçmiş müstəntiq Rüfət Səfərovun atası Eldar Sabiroğlu həbsxanada oğlu ilə görüşüb və ona verilən işgəncələrlə tanış olub. E.Sabiroğlu bu barədə feysbukda (R.Səfərovun hesabından) bunları yazıb:

Bu gün (3 oktyabr – red.) anası,həyat yoldaşı ilə birlikdəRüfətlə görüşə bildik. Ayaqüstü söhbətimiz Cavidlə də oldu. Elə ilk andaca hər ikisinə işgəncələr verildiyi diqqətimi çəkdi. Getməyimə peşiman oldum.Keşkə onu belə vəziyyətdə görməyəydim. On gün karsın divarları arasında, beton döşəmənin üzərində yaşamasına baxmayaraq o yenə dəmüvazinətini itirməmiş və sarsılmamışdır. Mən bunu Rüfətin əhval-ruhiyyəsində hiss edərkən daxili bir rahatlıq tapdım. O ideyalarına, əqidəsinə seçdiyi yola sadiqdir. Onu əymək, sındırmaq istəsələr də məqsədlərinə nail ola bilməyiblər.

Sentyabrın 22-si aclıq aksiyası barədə ərizəni həbsxana rəhbərliyinə təqdim edib aşağı düşər-düşməz 10 nəfərdən ibarəəməliyyat qrupu Rüfəti yerə yıxaraq əllərinə qandal vurmuş və onu təpik, dubinka ilə ürəkləri soyuyana qədər çırpmışlar. Hətta vicdanını itirmiş birisi cəzaçəkmə müəssisəsinin rəis müavini Azər Bağırzadənin şəxsi göstərişi ilə yerdə uzanıqlı vəziyyətdə təpiyini Rüfətin başına dirəyib o ki var sıxmağa başlamışdır. Rüfət dedi ki, artıq boğulmaq üzrə idim. “Qəhrəmanlar” onu asfalt döşəmənin üstündən götürüb karsda əllərini və ayaqlarını dəmir çarpayıya qandallayaraq 3 saatdan çox bu vəziyyətdə saxlamışlar. Bu nə vəətdir, bu nəqəddarlıqdır? Doğrusu, ağlıma gətirə bilmirəm. Sanki bu işgəncələr Rüfətin hansısa əsirlikdə olduğunu mənim gözlərim önünə gətirirdi… İşgəncələri oğlumdan eşitdikcəəzab çəkirdim, anası və həyat yoldaşı isə göz suyu tökürdü. Bunların Allahı yoxdur. Hər nə desən gözləmək mümkündür. İcraçı isə bayaq adını çəkdiyim Azər adlı bir azərbaycanlı mayordur. Görün, hansı tərbiyənin, hansı vicdanın sahibidir ki, asfaltın üzərində Rüfətin başını əzişdirməəmrini verən bu adam müdafiəsiz dustağı necə dətəhqir edirmiş. Üzr istəyirəm, dilə gətiriləsi ifadə olmasa da, amma olduğu kimi demək məcburiyyətindəm. Qoy insanlarımız köməksiz məhkumların başına nələr açıldığını bir daha görsünlər. Rəis müavini Azər nifrət hissi ilə Rüfətə deyirmiş ki, sənin başına bu əsgərləri iş….əm, başını unitaza soxub səni orada boğacağam. Təsəvvür edirsinzmi insan hüquq və azadlıqlarından dəm vuran hakimiyyət həbsxana rəhbərliyində kimləri saxlayır? Əslində Azər burada bir alətdir. O, yuxarıdan gələn tapşırığı yerinə yetirir. İcraçı kimi insan qanı içməyə hazır olan belə adamların cəzaçəkmə müəssisələrindəsaxlanılması bu gün bizim hakimiyyətimiz üçün çox əlverişli bir işdir. Bunlar hələharasıdır? Azər Bağırzadə həddini o qədər aşıb ki, ağlına gələni dilinə beləgətirməkdən çəkinmir. Rüfətə işgəncə verildiyi anlarda onun işlətdiyi sözə bir baxın. “ Bu zənci kimilər bizi artıq boğaza yığıb” Sən demə zənci sözü ilə o Rüfətin Qərbi azərbaycanlı olduğuna işarə vururmuş. Ayıblar olsun.Başqa söz tapa bilmirəm. 

Nəhayət, Rüfətin məhkum həyatından çox narahatam. Şərləyib 9 il həbs verdilər, ürəkləri bununla soyumayıb. Bu ilin 9 ay müddətində isə onu şərləyib 3 dəfə karsa saldılar. Arxası nə olacaq və Rüfətə hansı tələləri quracaqlar bundan xəbərsizik. Mən və Rüfətin ailəsi Azərbaycan ictimaiyyətinə səslənərək bu ağır və məşəqqətli günlərdəbizlərə dəstək verilməsini xahiş edirik. Bəli, məni ağrıdan həm də odur ki, 20 il xidmətində durduğum bu hakimiyyət indi məndən və oğlumdan qisas alır. Görünür, səhv yolda olmuşam…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button