Rüfət Səfərov karsa salınıb

Bu barədə keçmiş müstəntiqin atası Eldar Sabiroğlu facebook səhifəsində məlumat yayıb. Məlumatda deyilir:

“Şərlənərək 9 il azadlıqdan məhrum edilən keçmiş müstəntiq Rüfət Səfərova qarşı təqib və təziqlərin ardı-arası kəsilmir. 9 saylı cəzaçəkmə müəssisəsinə köçürülməmişdən əvvəl 1 saylı Bakı istintaq təcridxanasında başlanan təziqlər cəzaçəkmə müəssisəində daha şiddətli xarakter almışdır.

Bu gün Rüfətin evlə telefon danışığının vaxtı idi. Zəng olmadığından narahatlıq keçirdim və cəzaçəkmə müəssisəsi ilə əlaqə saxladım. Oradan məlumat verildi ki, Rüfət Səfərov həbsxananın cərimə təcridxanasına, yəni karsa salınmışdır. Səbəbini soruşduqda həbsxananın növbətçisi heç bir izah verməyərək R.Səfərovun daxili intizam qaydalarına əməl etmədiyinə görə cəzalandırıldığını bildirildi. Bir daha növbətçidən hansı qaydalara onun əməl etmədiyini soruşduqda yenə heç bir izah vermədi və qeyd etdi ki, bu, bizim səlahiyyətimiz çərçivəsində deyil. Səlahiyyət sahibi ilə isə danışa bilmədim, telefona kimsə gəlmədi.

Mən bunu Rüfət Səfərova qarşı quraşdırılan bir hərəkət kimi qiymətləndirirəm. Bəyan etmək istəyirəm ki, cəzaçəkmə müəssisəsində Rüfətin ətrafında çətin vəziyyətin yaradılmasını hiss edirdim. Bu, işgəncənin bir növüdür. Oğlumun həyatı üçün ciddi təhlükələrin olacağı qənaətindəyəm. Ona görə də beynəlxalq təşkilatlardan və ölkədəki İnsan hüquqlarını müdafiə edən qurumlardan təzyiq və təqib metodlarına diqqət yetirmələrini xahiş edir, əlaqədar hökumət orqanlarından isə basqının aradan qaldırılması üçün ölçü götürmələrini tələb edirəm”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button