Rüfət Səfərov “Kürdəxanı”ya köçürüldü

Keçmiş müstəntiq, siyasi məzmunlu etiraz bəyanatı ilə vəzifəsindən istefa verən, bundan sonra şərlənərək həbs olunan, siyasi məhbus Rüfət Səfərov saxlanıldığı 9 saylı cəzaçəkmə müəssisəsindən Kürdəxanıda yerləşən Bakı 1 saylı istintaq təcridxanasına köçürülüb. Bu barədə Səfərovun vəkili Bəhruz Bayramov məlumat paylaşıb. Keçmiş müstətniqi təcridxanaya iyulun 8-i günortadan sonra aparıblar. Vəkil qeyd edib ki, bu yerdəyişmə Ali Məhkəmədə R.Səfərovun kassasiya şikayətinə baxılması ilə əlaqədardır. Ali Məhkəmədə proses iyulun 11-i saat 11:30-da başlamalıdır.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button