Ruhullah Axundzadənin vəziyyəti ağırdır

ruhullaAzərbaycan İslam Partiyasının sədr müavini Ruhullah Axundzadənin vəziyyəti ağırdır

Bu barədə XuralTAC-a onun ailəsi məlumat verib:

“Artıq 2-ci aydır ki, Ruhullah Axundzadə Penitensiar Xidmətin müalicə müəssisəsində müalicə alır. Doktorlar Ramiz, Mehman, Vüsalə və digər 2 kardioloq xanımların müayinə və müalicəsi bu günə kimi lazımi nəticəni verməyib. Çünki Ruhullah Axundzadə kimi ağır infark keçirən xəstə məhbusa lazım olan şərait yox dərəcəsindədir. Hansı ki, elə 1-ci gündən xərəklə gətirilməyində səhlənkarlıq olmaqla, 2 gün terapiya şöbəsinin dəhlizində gecələməli olub. 

   Hal-hazırda da 15 nəfərlik palatada yataq rejiminə əməl etməyi doktorlar ciddi tələb etmədədirlər. Lakin, həkimlərin heç biri Ruhullah Axundzadə kimi xəstənin müalicəyə ehtiyac duyulan ən əsas şərtinə əməl edə bilməmədədirlər.  Biz bu yaxınlarda hiss etmişik ki, Ruhullah Axundzadə ilə razılaşdırılmadan həkim kollektivi, onun üzərində təcrübə aparmadadırlar.  Hətta qan analizlərini belə aparmaq üçün kənarda hansısa laborotoriyalara müraciət olunmalıdır. Ən adi dərmanlar, sistemlər (infarktla əlaqəli) tərəfimizdən alınıb, R.Axundzadəyə iynə kimi vurulur, ya da göstəriş əsasında tablet kimi qəbul edilir.

  Deməli dərman qutularına yazılan qaydada təyin olunmuş dərmanları elə Cəza Çəkmə Müəssisəsində də qəbul etmək olar, elə orada da kardioqrammanı əldə etmək olar, dərman pereparatlarını da həmişə aldığımız kimi yenə də alıb oraya göndərmək olar. Daha Penitensiar Xidmətin Müalicə Müəssisəsinə nə gərək var idi.

  Onu da qeyd edək ki, R.Axundzadə infarkt keçirməmişdən öncə səhhətində problemləri hiss edib həbsxananın tibb hissəsinə müraciət edib. Müalicə almaq istəməsinə müxtəlif bəhanələrlə yox cavabı verilib. 2 gündən sonra o infarkt keçirib. İnfarkt keçirdikdən sonra Müalicə Müəssisəsinə gətirilməsində olunan səhlənkarlıqla və ondan sonra terapiya şöbəsinin dəhlizində 2 gün gecələməsi ilə onu öldürmək istəmişlər.

  Biz aidiyyəti qurumlardan bu işə təcili aydınlıq gətirilməsini tələb edirik!

  Ruhullah Axundzadənin ailəsi”

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button