Rus müxbirə: “Eyni sualı utanmadan təkrarlamağına təəccüb edirəm”

John Kirby

Rusiyalı müxbirin israrlı Türkiyə sualı ABŞ Dövlət Departamentinin ən sakit spikeri John Kirbyi hövsələdən çıxarıb.  Gündəlik  brifinqdə jurnalistlərin suallarını cavablandıran Kirby, RT televiziya kanalının müxbiri Qayane Çiçəkyanın “Türkiyənin İraqa əsgər göndərməsini necə qiymətləndirirsiniz?” sualını israrla təkrarlamasından əsəbləşib. Spiker bu suala son üç gündə eyni cavabı verdiyini xatırladıb:

“Türkiyə və İraq probleminin həlli üçün lazımı danışıqlar gedir”,-deyə o, bildirib.

Cavabdan məmnun olmayan müxbir, sualın formasını dəyişərək yenidən spikerə müraciət edib. Bundan sonra əsəblərini cilovlaya bilməyən spiker, erməni əsilli jurnalistə belə cavab verib: “Eyni sualı utanmadan təkrarlamağına təəccüb edirəm. Rus hökumətindən soruşmadıqlarını, mənəndən niyə soruşursan? Soruşduğun suallara bax və özünə gül. Bir dəlinin verdiyi suallardır  bunlar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button