Rusiya, ABŞ, Fransa səfirlərinin Şuşaya getməməsinin səbəbləri aydınlaşır

Onlar ermənilərin maraqlarına xidmət edirlər

Qarabağda ermənilərin yaratdığı Xarici İşlər Nazirliyi Azərbaycanda akkreditə olunmuş diplomatların Qarabağ ərazilərinə səfəri ilə bağlı açıqlama yayıb.

Erməni KİV-lərinin məlumatına əsasən bəyanatda bildirilir:

“10 iyul 2021-ci ildə Azərbaycan səlahiyyətliləri tərəfindən “Artsax Respublikasının işğal olunmuş ərazilərinə”, o cümlədən Şuşa şəhərinə, Azərbaycanda akkreditə olunmuş xarici diplomatik nümayəndəliklərin əməkdaşları tərəfindən təşkil edilən səfəri qəti şəkildə qınayırıq”.

Ermənilər hesab edirlər ki, Azərbaycanın mövcud qeyri-qanuni vəziyyətini qanuniləşdirmək cəhdləri həm də təcavüzkar müharibəni, beynəlxalq terrorçularla əməkdaşlığı, beynəlxalq humanitar hüquq və hərbi cinayətlərin pozulmasını əsaslandırmaq deməkdir.

Kimin torpağını kim işğal edib?

Bəyanatda daha sonra deyilir: “Azərbaycanda akkreditə olunmuş xarici diplomatların Bakının qanunsuz hərəkətlərin nəticələrinin məqbul bir norma kimi tanınması üçün, yalnız Azərbaycan-Qarabağ münaqişəsinin hərtərəfli nizamlanması prosesinin bərpasını qarşısını almaq məqsədi daşıyan, həm də beynəlxalq münasibətlərin əsaslarını zədələyən manipulyasiya hərəkətlərinə boyun əyməsi təəssüf doğurur.  Təhdid və ya güc tətbiqi nəticəsində əldə edilmiş heç bir ərazi nailiyyəti qanuni hesab edilməməlidir.

Bunu 30 il əvvəl Azərbaycan torpaqlarını işğal edən, milyonlarla terkü dədə-baba yurdlarından didərgin salan, beynəlxalq hüquq normalarını dəfələrlə pozaraq, 30 il ərzində minaladıqları ərazilərin xəritəsini verməkdən qəti imtina edən, şəhərlərimizi, kəndlərimizi darmadağın edən ermənilər deyir.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button