Rusiya Azərbaycanı iqtisadi imtahana çəkmək istəyir?

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Qafqaz Bölgələrarası İdarəsi Azərbaycandan Rusiya ərazisinə yoluxmuş meyvə və tərəvəzin gətirilməsinə icazə verməyib.

“Rosselxoznadzor”dan verilən açıqlamaya görə, İdarənin “Viaduct” müvəqqəti anbarına və Dərbənd dəmiryol stansiyasına iyul ayının əvvəlindən Azərbaycan və İrandan 8 960,5 ton meyvə-tərəvəz çatdırılıb.

Karantin fitosanitar nəzarəti nəticəsində Azərbaycandan gətirilən 83,2 ton pomidor və 36,9 ton şaftalı Rusiya ərazisinə buraxılmayıb.

Meyvə-tərəvəzlərin buraxılmamasının səbəbi Ümumrusiya Bitki Karantin Mərkəzinin Dağıstan şöbəsinin məhsullarda pomidor güvəsi (Tuta absoluta Povolny) və şərq güvəsinin (Grapholitha molesta) aşkarlanmasını təsdiqləyən laboratoriya hesabatı olub.

Karantin qanunvericiliyinin tələblərinə uyğun olaraq mallar ixracatçı ölkələrə geri qaytarılıb, günahkar şəxslər isə inzibati məsuliyyətə cəlb edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button