Rusiya Çin və Hindistanla hərbi təlimlərə başlayır

 

Təlimə Hindistan, Laos, Monqolustan, Nikaraqua, Suriya və bir neçə keçmiş sovet ölkəsindən hərbçilər qatılacaq

 

Rusiya ölkənin şərqində Çin qüvvələri ilə birlikdə irimiqyaslı hərbi təlimlərə başlayıb. Ukraynada müharibədən dolayı Qərblə gərginlik fonunda Moskva Pekinlə müdafiə əlaqələrini gücləndirir.

 

“Vostok 2022” (Şərq 2022) təlimləri Rusiyanın Uzaq Şərqində və Yapon dənizində müxtəlif yerlərdə keçirilir. Sentyabrın 7-cən davam edəcək təlimlərə 50 mindən çox əsgər, 5 mindən çox silah, o cümlədən 140 təyyarə, 60 hərbi gəmi qatılacaq.

 

Təlimə Hindistan, Laos, Monqolustan, Nikaraqua, Suriya və bir neçə keçmiş sovet ölkəsindən hərbçilər qatılacaq. Rusiyanın Müdafiə Nazirliyi Azərbaycanın da təlimlərə tərəfdaş qismində qatılacağını bildirib. Azərbaycan isə məlumatı rəsmən təsdiqləməyib.

 

Hindistan Rusiyanın Ukraynadakı müharibəsində neytral mövqe sərgiləyir, həm Qərb, həm də Moskvayla yaxşı münasibətləri olduğunu bildirir.

 

Çin də Rusiyanı bu müharibəyə görə tənqid etməyib, ABŞ və NATO-nu Moskvanı təhrik etməkdə suçlayıb, Qərbin Moskvaya sanksiyalarını pisləyib.

 

Rusiya da öz növbəsində ABŞ-la gərginlik yaşayan Çinə güclü dəstək verib. ABŞ Nümayəndələr Palatasının Spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra gərginlik daha da qızışıb.

 

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Ukraynaya dəstəyilə Pelosinin Tayvana səfəri arasında paralel aparıb, hər ikisini Amerikanın qlobal sabitsizliyi pozmaq cəhdlərinin tərkib hissəsi adlandırıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button