Rusiya gəmiləri Bakıda

Rusiya Hərbi Dəniz Donanmasının gəmiləri və şəxsi heyəti avqustun 5-də Bakıya gəliblər

Rusiya Hərbi Dəniz Donanmasının (HDD) gəmiləri və şəxsi heyəti avqustun 5-də Bakıya gəliblər.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, onlar Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün Bakıya gəlib.

İyulun axırlarında Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) “G-121” və “G-129” gözətçi gəmiləri də Rusiyada səfərdə olub.

Gəmilər Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Rusiyaya səfər etmişdi.

Xatırlatma

2015-ci ildən hər il “Beynəlxalq Ordu Oyunları” keçirilir. 2022-ci il “Beynəlxalq Ordu Oyunları” avqustun 13-dən 27-dək baş tutacaq. Ümumilikdə 36 yarışın keçirilməsi nəzərdə tutulub.

Bu yarışlar 12 dövlətin ərazisində keçiriləcək: (Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Venesuela, Vyetnam, İran, Hindistan, Qazaxıstan, Çin, Rusiya, Özbəkistan).

İlk “Beynəlxalq Ordu Oyunları” Rusiyada keçirilib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button