Rusiya Gürcüstan üzərindən Türkiyəyə tank batalyonlarını yeritməyi nəzərdən keçirir

Rusiya hərbçiləri tank batalyonlarının Gürcüstan ərazisi üzərindən Türkiyəyə yeridilməsi variantını nəzərdən keçirir.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, belə sensasion iddia iə hərbi ekspert Aleksandr Xramçixin çıxış edib.

Hərbi və siyasi analiz İnstitutunun direktor müavini olan Xramçixin bu haqda “Voenno-promışlennıy kuryer” adlı jurnalda dərc edilmiş məqaləsində yazıb.

Müəllif hesab edir ki. Belə variant ancaq Moskva ilə Ankara arasında anlaşılmazlığın hərbi münaqişə mərhələsinə keçməsi, türklərin Dağlıq Qarabağda böhranı alovlandırıb Azərbaycanın tərəfində durması halında mümkündür. Habelə Xramçixinə görə göstərilən ssenari Türkiyənin Ermənistandakı 102-ci Rusiya hərbi bazasına təhdid yaratması halında reallaşa bilər.

Belə olan halda Moskva Ermənistanın köməyinə gəlməyə və bazanı blokadadan çıxarmağa məcbur olacaq. Xramçixin qeyd edir ki, bunun üçün Gürcüstan ərazisindən başqa quru yolu mövcud deyil. Ona görə də istisna deyil ki, hadisələrin belə inkişaf ssenarisində hərbi əməliyyatlar birbaşa Gürcüstan ərazisində cərəyan edəcək.

Yeri gəlmişkən bir çox hərbi ekspertlər, o cümlədən Rusiya Baş qərargahının əməkdaşları Xramçixinin ssenarisini praktiki olaraq ağlabatmayan hesab ediblər. Xüsusən də martın əvvəllərində Moskvada Putinlə Ərdoğan arasında əldə edilmiş anlaşmadan sonra…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button