Rusiya koronovirusa qarşı dərman hazırladı

Rusiyanın Federal Bioloji Agentliyi koronovirus infeksiyasının müalicəsində istifadə etmək üçün dərman hazırlayıb.

Musavat.com RİA-Novostiyə istinadən xəbər verir ki, bu barədə Agentliyin mətbuat xidməti məlumat yayıb.

Lakin dərman preparatının adı, xüsusiyyətləri açıqlanmır.

Qeyd edək ki, söhbət Covid-19-dan qorunmağa qarşı peyvənddən yox, koronavirus xəstələrinin müalicəsindən gedir.

Tass.ru xəbərlə bağlı əlavə məlumatlar əldə edərək yayıb.

Həmin məlumatda bildirilir ki,  agentliyin təqdim etdiyi tibbi preparat “Mefloxin” adlanır. Əslində, bu preparat yeni deyil. Ancaq Rusiyanın adıçəkilən elmi mərkəzi antimalyariya xarakterli “Mefloxin” vasitəsilə koronavirus infeksiyasına yoluxmanın olduqca effektiv müalicə sxemini hazırlamağa nail olub. Bu preparat koronavirusun insan vücudunda inkişafını və dağıdıcı təsirini bloklayaraq, minimuma endirir. Bu preparata makrolid antibiotiklər və sintetik penitsilinlərin əlavə olunması isə qanda və ciyərlərdə virus əleyhinə müdafiəni təmin etməyə imkan verir. Elmi mərkəzin təmsilçisi Veronika Skvortsovanın sözlərinə görə, bu müalicə sxemi koronavirusa yoluxmuş xəstələrin effektiv müalicəsinə təminat verir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button