Rusiya nəşri: Lukaşenko Türkiyəyə niyə gedib? – Təhlil

lukasenko erdogan

Aprelin 14-15-də Bosfor sahillərində İslam əməkdaşlıq təşkilatının (İƏT) – BMT-dən sonra ikinci ən böyük beynəlxalq qurumun dövlət və hökumət başçılarının XIII sammiti keçirilir. Beloruisiya prezidenti sammitin açılışı ərəfəsində artıq Türkiyə prezidenti Ərdoğanla görüşüb. Belorusiya və Türkiyə prezidentlərinin danışıqları Ərdoğanın Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Azərbaycan rəhbəri İlham Əliyevlə görülərindən sonra baş tutdu.

Böyük qövs

Lukaşenko ilə Ərdoğanın ikitərəfli görüşü qapalı rejimdə keçdi. Nəticə haqda KİV-ə əvvəlcə heç bir məlumat verilmədi: Ərdoğanın mətbuat xidməti fotoşəkilləri və görüş haqda ikisətirlik məlumat yaydı.

Belorusiya və Türkiyə prezidentləri “Savarona” yaxtasında görüşdülər. O, dünyanın ən böyük yaxtalarından biridir. Gəmi əvvəllər Türkiyə cümhuriyyətinin banisi Kamal Atatürkə məxsus olub. Özəlləşmədən sonra “Savarona” bir müddət fahişəxana kimi istifadə edilib, sonra yenidən dövlətin əlinə keçib.

Görünür, Belorusiya prezidenti bu görüşə dəvət edilmiş yeganə qeyri-müəlman dövlətinin başçısı ola bilər. Hətta İƏT ölkələrinin hamısı sammitdə prezident və yaxud baş nazir səviyyəsində təmsil olunmayıb. Rusiyanı İstanbuldakı sammitdə Rusiya XİN-in özəl tapşırıqlar üzrə səfiri Konstantin Şuvalov təmsil edir.

Belorusiyanın son dövrlərdəki xarici siyasətinin xüsusi çevikliyinə baxmayaraq, İƏT-ə daxil olmaqdan söhbət getmir. Lakin Belorusiya tərəfi bu sammitdən sonra İƏT-də müşahidəçi statusu əldə etmək niyyətindədir. Rusiya bu statusu 2005-ci ildə alıb.

Deməli, Belorusiya prezidentinin Bosfor sahillərinə səfərinin konkret məzmuunu nədən ibarətdir?

Ekspertlər müxtəlif fərziyyələr irəli sürürlər. Birinci versiya iqtisadidir.Belorusiya Şərqdə iqtisadi əməkdaşlığın genişlənməsi hesabına ağır böhrandan çıxış yolu axtarır. Rusiyada türk biznesinə qarşı tətbiq edilmiş sanksiyalar Belorusiya tərəfini boş meydanı doldurmağa stimullaşdıra bilər. Belorusiya-Türkiyə iqtisadi münasibətlərinin isə xeyli tarixi var. Türk inşaat şirkətlərinin Minskdə artıq çoxdan iş təcrübəsi var. Belorusiyanın özündə Türkiyənin turizm firmaları da fəaliyyət göstərir. Mehmanxana biznesində də müəyyən qədər pay  Türkiyə biznesinə məxsusdur. Xüsusən də Minskdə beşulduzlu “Korona Plaza” oteli türk şirkəti Princess İnternational Group-a məxsusdur. Bu şirkət 2013-cü ildə daha bir təmtəraqlı otelin – Minsk Princess Otel-in inşasına başlayıb. Son zamanlar Belorusiyada getddidkcə daha çox türk mağazaları şəbəkələri və geyim alveri edən riteylerlər açılır. Lakin əslini desək, bütün bu pik maraqlar əsasən türk tərəfinindir. Belorusiyanın onsuz da yaxşı vəziyyətdə olmayan yüngül sənayesi üçün İstanbulda tikilmiş gödəkçə və şalvar axını sonradan isterhsalın azalması təhlükəsini yaradır.

Belorusiya iqtisadiyyatının bu gün satış bazarına son dərəcə böyük ehtiyacı var – xüsusəsn də Rusiya və AB ilə mal dövriyyəsinin, demək olar, üçdə biri azalandan sonra. Lakin güman etmirəm ki, türklər Belorusiya kombaynlarını və yaxud süd məhsullarını almağa hazırdırlar.

Yeni bazarlardan başqa Belorusiya iqtisadiyyatına böyük yatırımlar və kredit də lazımdır. Ərəb ölkələrinin bəzi təmsilçiləri də çoxdan Belorusiyanın iqtisadi tərəfdaşıdır. Məsələn, Minskin mərkəzi ərazisinin bir hissəsi 2015-ci ildə BƏƏ-nin dövlət fondlarına inşaat üçün ayrılıb.

İstənilən halda, madam yeni bazarlar və investisiya axtarışı mövzusunda Ərdoğan-Lukaşenko danışıqları Türkiyədə baş tutubsa, Belorusiya XİN-in hazırladığı xarici iqtisadi əlaqələrin şaxələndirilməsi konsepsiyasına tam şəkildə sığışır.Konsepsiyaya əsasən, Rusiya bazarına güclü şəkildə bağlılıqdan aralanmaqlazımdır.

Çoxyönlü siyasət

Lukaşenkonun səfərinin məqsədinin ikinci versiyası xarici siyasət “şaxələnməsi”dir.  Minsk son zamanlar xarici siyasətdə də Moskvadan asılı olmadığını getdikcə daha təkidlə nümayiş etdirir. Bu onun Rusiya-Türikyə münaqişəsinə yanaşmasına da aiddir. Belorusiya tərəfi Suriyada vurulmuş Rusiya təyyarəsi ilə bağlı insidentdən dərhal sonra “qardaş Rusiya ilə dost Türkiyə” arasındakı münaqişə haqda təəssüflər ifadə edən açıqlama verdi. Bu qədər hərarətli sözlər Türkiyə prezidenti üçün lap xoş səsləndi – xüsusən də nəzərə alınsa ki, Türkiyənin də üzv olduğu NATO-nuin bəzi ölkələri Ərdoğanın avantüraçı siyasətinin ünvanına təndiqlər səsləndirdi.

Belorusiya XİN Qarabağda alovlanmış münaqişənin başlanması ilə bağlı rəsmi açıqlama verdi. Bu, Ermənistan tərəfinin mənfi reaksiyasına səbəb oldu. Cəmi bir neçə kəlmə – “münaqişənin suverenliyin, ərazi bütövlüyünün və dövlət sərhədinin toxunulmazlığının gözlənməsi və təmin edilməsi əsasında həll edilməsi” – olmasaydı, bu açıqlama standart diplomatik sənəd kimi görünə bilərdi. Azərbaycan KİV-nin yazdığına görə, bu məlumatı ölkənin hərəkətinə birmənalı dəstək kimi dəyərləndirdilər. Belorusiya səfirinin XİN-ə izahat üçün çağırıldığı Ermənistanda da onu bu cür başa düşdülər. Eyni zamanda xatırladaq ki, Belorusiya və Ermənistan KTMT üzrə müttəfiqdir.

Discussio.ru, 15.04.2016

Tərcümə Strateq.az-ındır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button