Rusiya orbitdə antikosmik silah yerləşdirmiş ola bilər

Pentaqonun sözçüsü Pat Rayder çərşənbə axşamı bildirib ki, mayın 16-da Rusiyanın kosmosa buraxdığı peyk, çox güman ki, Yerin aşağı orbitində peyklərə hücum edə bilən kosmik silahdır.

Onun Amerika peykləri üçün təhlükə olub-olmaması ilə bağlı cavabında Pentaqon sözçüsü bunun Amerika peykləri ilə eyni orbitdə yerləşən peyk əleyhinə silah olduğunu vurğulayıb: “Şübhəsiz ki, biz bu obyekti izləyəcəyik”.

“Reuters” izah edir ki, söhbət Rusiyanın “Kosmos 2576” peykindən gedir, o, 2019 və 2022-ci illərdə buraxılan və Pentaqonun kosmik silah olduğu təxmin etdiyi Rusiya peyklərinə bənzəyir. Bu peyklərdən biri uzun müddət Amerika kəşfiyyat peykini izləyib. Amerikalı analitiklərin sözlərinə görə, yeni Rusiya peyki “USA-314” Amerika kəşfiyyat peyki ilə eyni orbitə çıxarılıb və, yəqin ki, gələcəkdə Amerika peykinin yağınlığında olacaq.

Kosmosa silah yerləşdirilməsi məsələsi Son həftələrdə BMT-də Rusiya ilə ABŞ arasında qarşıdurmaya səbəb olub.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button