Rusiya ordusunun Baş Qərargah rəisi Ukraynada yaralandı

Sağ ayağının yuxarı üçdə bir hissəsindən qəlpə yarası alıb, sümükləri sınıb...

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukrayna ərazisində, Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında yaralanıb.

Bu barədə hərbi jurnalist və bloger Aleksandr Şulman yazıb.

Məlumata görə, 66 yaşlı Gerasimov sağ ayağının yuxarı üçdə bir hissəsindən qəlpə yarası alıb, sümükləri sınıb. Həyati təhlükəsinin olmadığı bildirilir.

Ordu generalı Gerasimov və digər zabitlər Ukrayna Silahlı Qüvvələrinin zərbə endirdiyi komanda məntəqəsində olublar. İlkin məlumata görə, 20 zabit həlak olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button