Rusiya öz gözəlini seçdi – FOTO

14608737584705143404_1000x669

“Miss Rossiya-2016” gözəllik müsabiqəsinə yekun vurulub. Rusiya Federasiyasının Tümen vilayətindən olan iştirakçı 18 yaşlı Yana Dobrovolskaya müsabiqənin qalibi seçilib.

Moskvadakı “Barvixa Luxury Village” kompleksində keçirilən müsabiqədə brilyant və mirvarilərlə bəzədilmiş bir milyon dollar dəyərində tacı qalibə ötənilki yarışmanın birincisi Sofi Nikitçuk təqdim edib. Y.Dobrovolskaya, həmçinin üç milyon rubl və avtomobil mükafatları ilə yanaşı, “Dünya gözəli”, “Kainat gözəli” müsabiqələrində iştirak etmək şansı qazanıb.

Müsabiqədə ikinci yerə Orenburq vilayətinin təmsilçisi Yuliana Korolkova, üçüncü yerə isə Kirov vilayətindən olan Yuliya Xoroşavina layiq görülüblər(azərtac).

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button