Rusiya Prezidentinin xüsusi nümayəndəsi Fuad Muradovla görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.

Dövlət Komitəsindən verilən məlumata görə, F.Muradov ölkəmizin diaspor siyasəti və xaricdə yaşayan azərbaycanlılar barədə məlumat verib, Rusiyada yaşayan azərbaycanlıların ölkənin mədəni və ictimai həyatına sürətlə inteqrasiya etdiklərini bildirib.

Görüş zamanı sədr Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin və iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsinin önəminə toxunub.

Mixail Şvıdkoy qloballaşan dünyada mədəni dialoq qurmağın vacibliyindən söz açıb. O bildirib ki, Rusiya və Azərbaycan arasında münasibətlər mədəni sahələrdə də uğurla davam edir və rəsmi Moskva Azərbaycanla əməkdaşlığa böyük önəm verir.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button