Rusiya Qarabağda iqtisadi və nəqliyyat əlaqələrini bərpa etmək üçün hər cür səy göstərir

Bu barədə cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya Qarabağda iqtisadi və nəqliyyat əlaqələrini bərpa etmək üçün hər cür səy göstərir.

“Biz regionda sabitliyin möhkəmləndirilməsi, dinc həyatın bərqərar olması üçün bütün addımları atırıq. Təbii ki, hazırda Qarabağda ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafına xüsusi diqqət yetirilir”, – o deyib.

2020-ci il noyabrın 9-da Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan regionda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı birgə bəyanat imzalayıblar. Buna uyğun olaraq Azərbaycan və Ermənistan tərəfləri işğal etdikləri mövqelərdə dayanıb, bir sıra rayonlar Bakının nəzarətinə keçib, təmas xətti boyunca və Laçın dəhlizində Rusiya sülhməramlıları yerləşdirilib.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button