Rubrikalar: DÜNYA XuralTAC

Rusiya sərhədə tankları yeridir, Putin telefon zənginə cavab vermir…

“Ukrayna Rusiya ilə tammiqyaslı müharibə təhlükəsi qarşısındadır və ona görə ölkədə hərbi vəziyyətin elan edilməsi zəruridir” – virtualaz.org xəbər verir ki, belə bəyanatla Ukrayna prezidenti Pyotr Poroşenko yerli telekanallara müsahibəsində çıxış edib.

Prezident deyib ki, noyabrın 25-də Azov dənizində 3 Ukrayna hərbi gəmisinin Rusiya tərəfindən ələ keçirilməsi ilə nəticələnən insident son 4 il yarımda – Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün başlamasından bu yana ən fövqəladə hadisədir. “Rəsmən, şevronları çıxarmadan, “yaşıl adamlardan” istifadə edilmədən Rusiyanın çoxsaylı hərbi gəmiləri Ukrayna silahlı qüvvələrinin gəmilərinə hücum ediblər”– Poroşenko həmin insidenti belə qiymətləndirib.

Ukrayna prezidenti jurnalistlərə kəşfiyyat məlumatlarına dair materialları və peyk fotolarını təqdim edib. Həmin fotolarda və materiallarda Rusiya tanklarının Ukrayna sərhədləri boyu cəmləşdirilməsi müşahidə edilir.

“Gördüyünüz kimi bizim sərhədlərimiz boyu yerləşən bazalarda Rusiya tanklarının sayı 3 dəfə artıb. Onlar ora hansı məqsədlə yeridiliblər? Bizim sərhədlərimiz boyu dislokasiya olunmuş hərbi bölmələrin sayı kardinal şəkildə artıb. Mümkün təlimlərlə bağlı deyilənlər özünü heç cür doğrultmur. Ona görə də mən istəyirəm ki, hamı bunun oyuncaq olmadığını bilsin. Ölkə Rusiya ilə tammiqyaslı müharibə təhdidi altındadır” – Poroşenko deyib.

Ukrayna prezidentinin sözlərinə görə, Rusiya Azov dənizində də gəmilərinin sayını xeyli artırıb. Daha çox “Kerç kanalı” rayonunda gəmilərin cəmləşməsi müşahidə olunur. Habelə 2014-cü ildən bəri Krımda rus əsgərlərinin sayı 3 dəfə, BTR-lərin sayı 5 dəfə, gəmilərin və təyyarələrin sayı azı 5-10 dəfə artırılıb.

Poroşenko qeyd edib ki, noyabrın 25-də Ukrayna gəmiləri Azov və Qara dənizlərdən istifadəyə dair beynəlxalq razılaşmalar çərçivəsində hərəkət edib. Gəmilər öz marşrutları barədə əvvəlcədən məlumat veriblər, Kerç körfəzindən keçmək üçün trafic-kontrol göstərişlərinə dəqiq əməl ediblər. Onlara əmr edilib ki, akvatoriyanın müəyyən zonasında dayansınlar və Kerç körfəzinin kanalına keçmək üçün növbə gözləsinlər. Lakin Ukrayna gəmiləri təxribatın qurbanı olub və prezidentin sözlərinə görə, bundan sonra 2008-ci ildə Gürcüstana qarşı tətbiq edilən ssenari işə düşməli idi. Poroşenko deyib ki, Rusiya gəmiləri və təyyarələri Ukrayna gəmilərinə atəş açıblar, bu da beynəlxalq konvensiyalara görə təcavüz hesab olunur.

“Həmin gecə mən təcili olaraq Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı üçün sifariş verdim, amma biz cavab almadıq. Bundan sonra Almaniya kansleri Angela Merkelə zəng vurmağa məcbur oldum ki, o Putinlə danışıb saxlanılan Ukrayna hərbçilərinin dərhal azad edilməsini müzakirə  etsin”-Poroşenko deyib.

Paylaş:

This post was last modified on 28 Noyabr 2018 10:50 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Əbülfəs Qarayevin cəzalandırılma səbəbi bilindi-Tarixi xalçanı oğurlayıb özünə villa alan xanım səfirimiz kimdir?

Keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin cəzalandırılmasının bir səbəbi də aydın olub. Sən demə, naziri yanmasında İsveçrədəki səfirimiz Xanım İbrahimovanın da…

4 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Eldar Mahmudovun qızı atasını niyə şah obrazında təsəvvür edirdi?-Fotolar

Mətbuatda xəbər verildiyi kimi, beynəlxalq araşdırmaçı jurnalistlər qrupu Eldar Mahmudovun övladlarının Böyük Britaniya, Lüksemburq, İspaniya və Litvada 110 milyon dollara…

4 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Zaur Qəriboğlu ilə “Siyasət meydanı”: “Maskanı xalqımıza kim yüklədi, cərimələr niyə əfv olunmur?”-VİDEO

3 iyun 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

4 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Tural Abbaslı “Siyasət meydanı”nda: “Göyə sovrulan milyardlar, səfalət içində yaşayan xalq…”-VİDEO

03 iyun 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

4 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Dövlət Səfərbərlik Xidməti “Siyasət meydanı”nda səslənən fikirlərə görə “Xural”a cavab göndərdi-QARŞI TƏRƏF

Müharibə və Sillahli Qüvvələr veteranı, ehtiyatda olan polkovnik Rasim Şirinov "Siyasət meydanı"nda səslənən bəzi fikirlərə cavab verib. Xural.com qarşı tərəfin…

3 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Qüdrət Həsənquliyev “Siyasət meydanı”nda: “Müharibədən başqa çarə yoxdur…”-VİDEO

2 iyun 2020-ci il, saat 21:30-da Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı BAXCP…

3 İyun 2020
Xural.COM