Rusiya sərhədçiləri Ermənistanın daha bir kəndini tərk ediblər

Yayımlandı: 5 İyun 2024 17:09

Sərhədçilərin Nerkin Handdan 44 günlük müharibədən sonra çıxdıqları deyilir

Rusiya sərhədçilərinin Ermənistanın Azərbaycanla sərhədindəki Nerkin Hand kəndini tərk etdiyi bildirilir.

Bu barədə iyunun 5-də Sünik qubernatoru Robert Qukasyan deyib.

Onun sözlərinə görə, 2020-ci ildəki 44 günlük müharibədən sonra Rusiya hərbçiləri yerləşdikləri Nerkin Handı da tərk ediblər.

Mayın 8-də Kremldə Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Prezidenti Vladimir Putinlə şimal ölkənin sərhədçilərinin Ermənistanın Azərbaycanla sərhəd ərazilərindən çıxarılması ilə bağlı razılaşmışdılar.

Kremlin rəsmisi Dmitri Peskov yerli jurnalistlərə demişdi ki, Yerevanın tələbi ilə Rusiya sərhədçiləri İran və Türkiyə ilə sərhəddə qalacaqlar.

Həmçinin ölkə başçıları Rusiya hərbçilərinin bundan sonra “Zvartnots” hava limanında xidmət aparmayacaqlarını razılaşıbmışlar.

Aprelin 20-də Ermənistan lideri Nikol Paşinyan Rusiya sərhədçilərinin Tavuşdakı postları tərk edəcəklərini bildirmişdi.

Eyni zamanda, aprelin 27-də Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya sərhədçilərinin bu ilin avqustunda sözügedən hava limanından çıxacaqlarını açıqlamışdı.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button