Rusiya səfirliyi önündə aksiya keçirən gənc həbs edildi

Orxan Bayramlı 21-ci Polis Bölməsində saxlanılıb

Dekabrın 24-də Moskvada Rusiya müxalifətinin keçirdiyi aksiyaya Bakıda dəstək verən Nida Gənclər Hərəkatının  fəalı  Orxan Babayev polis tərəfindən həbs edilib. O. Babayevin atası Rasim Babayevin verdiyi məlumata görə, oğlunu 21-ci Polis Bölməsinə dəvət ediblər: “Zəng edib məni və Orxanı 21-ci Polis  Bölməsinə dəvət etdilər. Ora getdik Orxanı həbs etdilər. Məni isə bölmədən çölə çıxardılar. Hazırda bölmənin önündəyik. Bura fəal gənclər və jurnalistlər toplaşıb. Bizə bildirirlər ki, təhqiqat gedir. Əlavə məlumat vermirlər”. Polis Bölməsinin qarşısına toplaşan gənclərdə təzyiqə məruz qalıb. O. Babayevin həbsinə etiraz edən “Nida” təşkilatının digər fəalı Zaur Qurbanlı bölmənin qarşısında həbs edilib.

Qeyd edək ki, O. Babayev dekabrın 24 –də Rusiya səfirliyi qarşısında Moskvada  müxalifətin keçirdiyi mitinqə dəstək verib. O. Bbayev səfirlik önündə “biz ad gününü qeyd etmirik , sizinlə həmrəyik” şüarını yazıb. Hadisə zamanı O. Bayramlı polis tərəfindən saxlanılıb və 2 saat sonra azadlığa buraxılmışdı.

Əfqan

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button