Rusiya televiziyasının Ermənistanda yayımı dayandırılıb

Yayımlandı: 29 May 2024 14:50

Səbəb kimi borclanma göstərilir…

Rusiyanın Birinci Kanalının Ermənistanda yayımlanması dayandırılıb.

Ermənistan mediası bu xəbəri yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyana istinadən yayımlayıb.

Nazir bunun səbəbləri ilə bağlı açıqlamasında bildirib ki, Ermənistan Televiziya və Radio Verilişləri Şəbəkəsi” QSC ilə Rusiyanın “1st Channel World Network” şirkəti arasında müqavilə var.

“1st Channel World Network” şirkətinin üzərinə 2,5 aylıq borc yığılıb. Nəticədə müqavilənin şərtləri pozulub. Rusiya kanalının (ORT-red.) ictimai kinoteatrda yayımı borc tam ödənilənə qədər müvəqqəti olaraq dayandırılıb”.

Mart ayında isə Ermənistan hakimiyyəti kremlyönümlü teleaparıcı Vladimir Solovyovun “RTR-Planeta” telekanalının multipleksində iki müəllif proqramının yayımını bloklamışdı. Həmin proqram əngəllənməmişdən öncə isə Ermənistan Xarici İşlər Nazirliyi Rusiya səfirliyinə bu iki ölkənin hökumətləri arasında kütləvi telekommunikasiya sahəsində əməkdaşlıq haqqında sazişin pozulmasına dair nota göndərib.

Deyilənə görə, fevralın 25-də “Vladimir Solovyov ilə axşam” verilişində Ermənistan və onun rəhbərliyinin adı bir neçə dəfə çəkilib, barələrində bəzi təhqiramiz ifadələr səslənib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button