Rusiya və Ukrayna əsirləri dəyişib

Fevralın 8-də Rusiya və Ukrayna Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə hər tərəfdən 100 hərbi əsiri dəyişiblər.

Rusiya Müdafiə Nazirliyi əsirlərin “100-ə 100” formulu əsasında dəyişdirildiyini bildirib, BƏƏ-nin humanitar vasitəçiliyini qeyd edib.

Ukrayna prezidenti Volodimir Zelenski də Telegram-da əsir mübadiləsindən yazıb.

“Onların çoxu Mariupolun müdafiəçiləridir”, – Zelenski deyib. Mariupol liman şəhəri üç aylıq mühasirədən sonra 2022-ci ilin mayında ələ keçirilib.

Sonuncu dəfə yanvarın 31-də iki ölkə əsirləri dəyişib. 195 ukraynalı hərbçi ilə 195 rusiyalı hərbçi dəyişdirilib. Bunu Rusiya deyirdi. Ukrayna isə 207 nəfərin evinə qayıtdığını söyləmişdi.

Yanvarın 24-də isə Rusiyanın Belqorod vilayətində İl-76 hərbi nəqliyyat təyyarəsi qəzaya düşüb. Rusiyanın Müdafiə Nazirliyi təyyarədə 65 ukraynalı hərbi əsirin olduğunu, hamısının öldüyünü deyib. Rusiya rəsmiləri təyyarəni Ukraynanın vurduğunu bildirib.

Ukrayna deyir ki, Moskvadan qəzada ölən hərbi əsirlərin meyitlərini istəsə də, çağırışları cavabsız qalıb.

Kiyev təyyarəni onun qüvvələrinin vurduğunu təsdiqləməsə də, əsir mübadiləsinə hazırlıq getdiyini təsdiqləyib. Ukrayna qəzanın beynəlxalq miqyasda araşdırılmasına çağırıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button