Rusiya vətəndaşlarının 74 faizi Putinə səs verməyə hazırdır

Vladimir Putin

Rusiyalıların 74 faizi qarşıdakı seçkilərdə səslərini Rusiyanın indiki prezidenti Vladimir Putinə verməyə hazırdır.

Ümumrusiya İctimai Rəy Tədqiqatı Mərkəzinin (VSİOM) cümə axşamı dərc edilən sorğunun nəticələri göstərir.

Bu, son dörd il ərzində Putinin ən yüksək dəstəklənmə səviyyəsidir. 2012-ci ilin oktyabrında sorğuda iştirak edənlərin cəmi 40 faizi onun lehinə səs verməyə hazır olduğunu bildirmişdi.

Yanvarda respondentlərin cəmi 15 faizi 2018-ci il seçkilərində Putini dəstəkləmək niyyətində olmadığını açıqlamışdı.  2012-ci ildə isə sorğuda iştirak edilənlərin 39 faizi belə demişdi.

VSİOM-da qeyd edirlər ki, Putinə dəstəyin artması əhalinin müxtəlif qrupları arasında müşahidə olunur. Belə ki, Putinin lehinə maddi cəhətdən təmin olunmuş rusiyalıların 80 faizi, gənclərin 71 və iri şəhər sakinlərinin 81 faizi səs verməyə hazırdır.

Bundan başqa, Putinin 2012-ci il seçki kampaniyası zamanı verdiyi vədlərin yerinə yetirdiyini israr edən rusiyalıların sayı get-gedə artmaqda davam edir. 2013-cü ilin əvvəlindən bəri vədlərin yerinə yetirildiyi fikrində olanların sayı 16 faizdən 37 faizə çatıb.

Respondentlərin 47 faizi hesab edir ki, Putin vədlərin bir qismini yerinə yetirməyə nail olub, vədlərin əksəriyyəti isə hələ gerçəkləşməyib. Yalnız respondentlərin 8 faizi Putinin öz vədlərini yerinə yetirmək iqtidarında olmadığını düşünür.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button