Rubrikalar: DÜNYA XuralTAC

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanı pislədi…

Ermənistanda nasizmin və neo-nasist əhval-ruhiyyələrin bərpasına açıq cəhdlər qeydə alınmasa da, Ermənistanın keçmiş hakim Respublika Partiyası “ifrat millətçi” kimi tanınan və barəsində Üçüncü reyxlə əməkdaşlıq haqda informasiya olan Qaregin Njde kimi ziddiyyətli siyasətçinin xatirəsini əbədiləşdirmək üçün addımlar atıb.

Virtualaz.org bildirir ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin “Nasizmin qəhrəmanlıq səviyyəsinə qaldırılması, nasizmin, neo-nasizmin və irqçiliyin, irqçi ayrı-seçkiliyin, ksenofobiya və əlaqəli dözümsüzlüklərin artımına kömək edən digər praktikaların yayılması ilə bağlı vəziyyət haqqında” hesabatında belə deyilir.

Məruzədə dəqiqləşdirilir ki, Ermənistanın millətçi oriyentasiyalı siyasi təşkilatları arasında keçən ilin payızında siyasi partiya kimi qeydiyyatdan keçmiş “Sasna Tsrer” də var. Onun ideologiyasının əsasında “cinayətkar rus-türk sövdələşməsindən törənmiş” (Moskva müqaviləsi, 1921-ci il) Ermənistan Respublikasının tanınmasından imtina və “yeni dövlətin yaradılması” uğrunda mübarizə durur.

“Partiyanın elan etdiyi məqsədlər ölkənin mövcud ərazisi və Dağlıq Qarabağ da daxil olmaqla, “yeni bir Ermənistan yaradılması” və milli referendum yolu ilə vətəndən kənarda yaşayan ermənilərin birləşdirilməsidir. Partiyanın proqram sənədlərində “rus müstəmləkəçiliyi tərəfindən pozulduğu” iddia edilən hüquqların bərpası, “Naxçıvanın və Axuryan çayının qərbinin” erməni idarəçiliyinə qaytarılması məsələsi vurğulanır”, – deyə Rusiya XİN qeyd edir.

Nazirlik xatırladır ki, bu partiyanın tərəfdarları 2016-cı ilin iyulunda PPX polisinin Yerevan şəhərindəki binasına silahlı hücum edib, onu ələ keçirib və nəticədə iki polis öldürülüb. Ötən ilin dekabr ayında keçirilmiş parlament seçkilərində bu partiya 1,82% səs qazanıb.

Hesabatın Azərbaycana həsr olunmuş bölməsində isə deyilir ki, Azərbaycan Respublikasında neo-nasizmin, irqçiliyin, irqçi ayrı-seçkiliyin və ksenofobiyanın təzahürləri praktik olaraq yoxdur. Azərbaycan rəhbərliyi ölkəni “müxtəlif millətlərin və dinlərin nümayəndələrinin tolerant dövləti” kimi tanıdıb.

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyində vurğulayırlar ki, nasizm üzərində qələbədə sovet xalqının rolu haqqında tarixi yaddaşın saxlanılması, eləcə də İkinci Dünya müharibəsinin tarixinin saxtalaşdırması və nasizmin qəhrəmanlaşdırılması cəhdlərinə qarşı mübarizə məsələlərində Azərbaycan, Rusiyanın yanaşmalarını bölüşür. Ötən il Azərbaycan BMT Baş Assambleyasının “Nasizmin qəhrəmanlıq səviyyəsinə qaldırılmasına, müasir dövrün irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və əlaqəli dözümsüzlüklərin artmasına kömək edən digər praktikalara qarşı mübarizə” adlı qətnaməsini bəyənib.

Rusiya Xarici İşlər Nazirliyi belə bir məqama da diqqət çəkir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq milli, irqi və dini nifrət səbəbləri ilə cinayət törətmək, cəza seçilərkən ağırlaşdırıcı hal hesab olunur.

Paylaş:

This post was last modified on 17 May 2019 3:32 səhər

Share

Son Əlavələr

Ağstafada qətl: 4 nəfər öldürülüb, 3 nəfər yaralanıb

Hadisənin qisas zəminində baş verdiyi güman edilir İyunun 17-də səhər saat 8 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd…

18 İyun 2019 3:20 səhər

Elçibəyin kürəkəni Birinci vitse-prezidentə təşəkkür etdi

Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli Türkiyədə dünyasını dəyişən qayınanası Həlimə Əliyevanın müalicə dövründə və yas mərasimində əməyi…

18 İyun 2019 2:10 səhər

6 il edam hökmü altında yaşayan eks-prezidentin sonu – Murisirin ölüm səbəbləri

Misirin keçmiş prezidenti Məhəmməd Mursi iyunun 17-də dünyasını dəyişib. Misir rəsmi dövlət televiziyasının məlumatıan görə eks-prezidenti Məhəmməd Mursi casusluq ittihamı…

18 İyun 2019 1:56 səhər

Pənah Hüseyn Sürət Hüseynova od püskürdü: “…Qələt eləyir, başını daşa döyür”

Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının rəhbəri Pənah Hüseyn sosial şəbəkə vasitəsilə mediaya müraciət edib. Xural.com musavat.com-a istinadən xəbər verir…

17 İyun 2019 1:38 səhər

Səadət Cahangir şeirlərindən: “Yolçu yalnızlığım yetər səni xatırlamağa…”

Səadət Cahangir Şairə   Bu qəfil başlayan yağmur, fəsil dəyişmiş hava, bu qatar pəncərəsindən boylanan yolçu yalnızlığım yetər səni xatırlamağa...…

16 İyun 2019 2:10 axşam

Sabah hava necə olacaq?-Proqnoz

Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Xural.com ETSN-ə istinadla xəbər verir…

16 İyun 2019 2:06 axşam
Xural.COM