Rusiya Xarici İşlər Nazirliyi: Soçi İrəvanla Bakı arasında normallaşma istiqamətlərini müəyyənləşdirəcək

Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko qeyd edib ki, Dağlıq Qarabağ regionunda nizamlanma prosesində hər kəsə məlum olan problemlər var.

“Rəsmi Moskva gözləyir ki, Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün perspektivli istiqamətləri müəyyən etmək mümkün olacaq”. Bu barədə cümə günü TASS-a Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib:

“Bizim gözləntilərimiz bu iki ölkədə, Rusiyada, Cənubi Qafqaz regionunda yaşayan bütün insanlar kimi regionda çoxdan gözlənilən sülh və sabitliyin daha tez bərqərar olmasıdır”.

“Görüş bütövlükdə ötən ilin 9 noyabr tarixində üçtərəfli atəşkəs sazişinin imzalanmasından sonra keçən ilin müəyyən nəticələrinə yekun vurmaq, sülh prosesinin irəliləməsi üçün nələrin edildiyini və bundan sonra nələrin edilə biləcəyini görmək məqsədi daşıyır. Belə ki, bütövlükdə ölkələr arasında normallaşma prosesini necə irəlilətmək olar. Ümid edirik ki, bu görüşdə sazişi imzalayan üç ölkənin liderləri bu perspektivli istiqamətləri açıqlayacaqlar”.

Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Soçi görüşündən Moskvanın gözləntiləri nədir?

Yüksək rütbəli diplomat əlavə edib ki, Dağlıq Qarabağ regionunda nizamlanma prosesində hələ də hamıya məlum olan problemlər var. “Bunlar həm də nəqliyyat kommunikasiyalarının bloklanmasına aiddir, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına aiddir, burada təəssüf ki, biz zaman-zaman müəyyən silahlı insidentlərin şahidi oluruq, hətta insanlar ölür”, – nazir müavini izah edib.

Bu dəqiqələrdə Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderləri arasında 2020-ci il noyabrın 9-da Qarabağ münaqişəsi zonasında atəşkəs və bütün hərbi əməliyyatlar haqqında bəyanatın imzalanmasının ildönümünə həsr olunmuş üçtərəfli danışıqlar keçirilir.

Azərbaycan 30 il erməni işğalında qalan torpaqlarını 2020-ci il sentyabrın 27-dən başlayaraq hərbi əməliyyatlar nəticsində geri almağa müvəffəq olub. Qarabağın işğalçılardan tam təmizlənməsinin qarşısını almaq üçün Rusiya növbəti dəfə Azərbaycanın daxili işlərinə müdaxilə edərək noyabrın 9-da 3 tərəfli müqavilə imzalatmağa nail olub. Rusiya, Azərbaycan və Ermənistan liderləri regionda hərbi əməliyyatların tam dayandırılması haqqında birgə bəyanat imzalayılar. Sənədə əsasən, Azərbaycan və Ermənistan tərəfləri işğal etdikləri mövqelərdə dayanıb,  Bakı işğal altında qalan bir sıra rayonları azad edərək, nəzarəti altında saxlayıb. Azərbaycan xalqının istəyinə zidd olaraq təmas xətti boyunca və Laçın dəhlizində Rusiya sülhməramlıları yerləşdirilib.

Xural.com

mənbə

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button