Rusiya XİN-dən Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı açıqlama

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın dövlət sərhədinin Kəlbəcər istiqamətindəki gərginləşmə ilə bağlı açıqlama yayıb. Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova məlumat verib.

“Rusiya Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatdır və tərəfləri münaqişənin hərbi yolla həllindən çəkinməyə çağırır”, – sözçü bildirib.

O, gərginlikdən qaçmağın əsas həllini sərhədin delimitasiya-demarkasiya prosesinin başlanmasında görüb. Sözçü qeyd edib ki, bu məsələdə Rusiya hərtərəfli yardım etməyə hazırdır.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button