Rusiyada azərbaycanlı iş adamı yaşadığı evdə ölü tapılıb

Rusiyanın Novosibirsk şəhərində azərbaycanlı iş adamı yaşadığı evdə ölü vəziyyətində tapılıb.

Əslən Azərbaycanın Gəncə şəhərindən olan, 1982-ci il təvəllüdlü İsmayılov Qorxmaz Hüseyn oğlunun meyitini martın 22-si səhər tezdən qonşuları onun evində aşkarlayıb.

Meyit üzərində heç bir zorakılıq halı aşkarlanmasa da, Q.İsmayılovun yaxınları onun sağlamlığı ilə bağlı heç bir probleminin olmadığını bildirib.

Azərbaycanlı iş adamı Novosibirskdə mebel sexlərinin sahibi olub. (Report)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button